Icma.az
close
up
RU
Süni intellekt depressiyanı aşkar EDİR

Süni intellekt depressiyanı aşkar EDİR

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaponiyanın Vaseda Universitetinin alimləri üz ifadələrindəki kiçik əzələ hərəkətlərini analiz edən süni intellekt vasitəsilə depressiya əlamətlərini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri Scientific Reports jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 64 tələbənin 10 saniyəlik təqdimat videoları çəkilib. OpenFace 2.0 adlı süni intellekt sistemi xüsusilə qaş qaldırma, dodaqları gərmə və ağzı açma kimi mikrohərəkətlərdə depressiv əlamətlərlə bağlı müəyyən nümunələr aşkarlayıb.

Tədqiqat qrupunun üzvü dosent Eriko Suqimori bildirib ki, bu texnologiya klinik simptomlar ortaya çıxmazdan əvvəl psixoloji problemlərin aşkarlanmasına imkan verə bilər. Onun sözlərinə görə, məktəblərdə və iş yerlərində erkən diaqnostika vasitəsi kimi tətbiqi mümkündür.

Videoları izləyən digər tələbələrin müşahidələri də süni intellektin nəticələrini təsdiqləyib. Onlar depressiv simptomlar bildirən şəxsləri daha az səmimi və təbii hesab ediblər.

Mütəxəssislər hesab edir ki, bu yanaşma psixi sağlamlıq sahəsində yeni imkanlar açsa da, məlumatların məxfiliyi və insan empatiyasının əvəzlənməsi ilə bağlı suallar hələ də müzakirə mövzusudur. Qeyd edək ki, hazırda Böyük Britaniyada hər 6 nəfərdən biri depressiya və ya təşviş pozuntusu yaşayır və hökumət süni intellekti səhiyyə sisteminə inteqrasiya etməyi hədəfləyir.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see403

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see257

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see245

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see243

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see242

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see232

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see225

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see218

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see217

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see212

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see210

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see206

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see199

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see198

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see196

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see195

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see194

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see184

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see181

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri