Icma.az
close
up
RU
İnsan amilinə söykənən siyasət

İnsan amilinə söykənən siyasət

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev: "Müstəqil Azərbaycanın siyasəti insan amilinə hesablanıbdır"

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prioritet sahələrin inkişafının təmin edilməsinə hesablanan islahatlar qlobal miqyasda meydana çıxan yeni çağırışları, cəmiyyətin sosial sifarişlərini əhatə edir. Ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib və bu, davam etdirilməkdədir. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı yaxşılaşıb. Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı yaxşılaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşı, onun rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ötən 22 ildə ölkəmiz güclü sosial siyasətə malik dövlət olaraq böyük inkişaf yolu keçib. Azərbaycan vətəndaşının maraqlarının, həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsi əsas hədəflərdən biri olaraq qarşıya qoyulmuşdur. Dövlətimizin başçısının ölkəyə rəhbərliyi dövründə hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir. 23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamı dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılıb. Artım təxminən 14-15 faizdir.

SOSİAL ƏDALƏT VƏ HUMANİZM PRİNSİPLƏRİ

Bütün sahələrdə olduğu kimi, sosial sahədə də sistemli və kompleks islahatların həyata keçirilməsi təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir.
"Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun" – deyən Prezident bildirib ki, müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün: "Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir".
Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur". Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində kifayət qədər tədbirlər reallaşıb.

"MÜHARİBƏNİ ŞƏHİDLƏRİMİZİN CANI-QANI BAHASINA, HƏRBÇİLƏRİMİZİN RƏŞADƏTİ HESABINA, DÖVLƏTİMİZİN SİYASƏTİ HESABINA QAZANMIŞIQ"

2020-ci il sentyabrın 27-də isə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. Prezident İlham Əliyevin tapşırığı ilə bu proqram daim genişlənir, postmüharibə dövründə isə 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin ölkə Prezidentinin daim diqqət mərkəzində olduğunu və onların yüksək qayğı ilə əhatə olunduqlarını bir daha göstərir. "Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Sərəncam həmin maliyyələşdirmə müddətinin uzadılmasını nəzərdə tutur. Bu məqsədlə əvvəlki Sərəncamın 1-ci hissəsindəki "2022-ci və 2023-cü" sözləri "2022–2025-ci" sözləri ilə əvəz edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. "Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir" – deyə Prezident bildirib.
44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların məşğulluğuna dəstək işləri də aparılır.
Cənab Prezident çıxışlarının birində vurğuladığı kimi, "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq". Bu gün vətən torpaqlarının azad olunmasında sağlamlığını itirənlər və şəhid olanların ailələri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan dövləti və xalqı üçün əlbəttə ki, hər bir hərbçi əzizdir və dəyərlidir.

Sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edir

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin edilib.
stmüharibə dövründə id ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 403 min xidmət göstərilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur.
Həmin sosial dəstək paketi üzrə postmüharibə dövründə: şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub və onlara yönələn aylıq sosial ödənişlər orta hesabla 2 dəfədən çox artırılıb; şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,9 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib; şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 91 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib; müharibə ilə əlaqədar əlilliyi olan 2389 şəxs 84 min reabilitasiya vasitəsi, o cümlədən 496 şəxs 618 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub; şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 28,1 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Qeyd olunan sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 403 min xidmət göstərilib.Son 22 ildə Azərbaycanda dövlətçilik fəlsəfəsi Konstitusiyada qəbul edilmiş "insan ən ali dəyərdir" kimi keyfiyyət səviyyəsinə qalxmış, ulu öndərin nəzəri, siyasi-hüquqi dövlətçilik irsinin təcrübədə gerçəkləşməsi, inkişafı və təbliği işinə həssas qayğı yönündə misilsiz işlər görülmüşdür. Bu, həqiqi mənada dövlətçilik tariximizdə iqtisadiyyat, siyasət, mədəniyyət, ədəbiyyat, qanunçuluq, elm və təhsil, nəhayət, mənəviyyat tariximizin qələbələri ilə yazılan möhtəşəm illər oldu!

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri