Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Süni intellekt uşaqlara cinayət öyrədir?

Süni intellekt uşaqlara cinayət öyrədir?

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Ötən həftə Azərbaycanda Xaçmaz rayonunun Qadaşoba kəndində 16 yaşlı yeniyetmə anası Kifayət Lətifovanı bıçaqlayaraq qətlə yetirib. Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs cinayətdən əvvəl telefonunda “ChatGPT” ilə söhbətlər aparıb, süni intellektdən anasını öldürməyin üsul və vasitələrini, hüquqi nəticələrini və sonrakı ifadə verməyi soruşub.

Bu detallar ictimaiyyətdə süni intellektin və xüsusilə ChatGPT kimi platformaların təhlükəli məsləhətlər verə biləcəyi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Belə bir hadisə fonunda “ChatGPT” və digər süni intellekt sistemləri istifadəçilərə bu cür həssas və riskli davranışlara dair cavablar verə bilərmi?

Bakupost.az xəbər verir ki, Sfera.az-a bu barədə açıqlama verən süni intellekt mütəxəssisi Ümid Salay bildirib ki, “OpenAI”nin rəsmi istifadə qaydalarında insanlara zərər vermək, zorakılığı planlaşdırmaq, silahdan istifadə, cinayət törətmək və hüquqi məsuliyyətdən yayınmağa kömək edən məzmunlar qadağan edilir.

Onun sözlərinə görə, modelin təhlükəsizlik prinsipi də məhz ciddi zərər yarada biləcək sorğuları rədd etmək və ya təhlükəsiz istiqamətə yönləndirmək üzərində qurulub:

“Yəni bir istifadəçi kimisə necə öldürəcəyini, bunun üsullarını və ya sonradan necə ifadə verməli olduğunu soruşursa, sistem dizayn baxımından buna kömək göstərməməlidir. Sizin qeyd etdiyiniz Xaçmaz hadisəsi ilə bağlı yerli mediada məhkəmə materiallarına istinadən bu cür iddialar yayılıb. Amma burada çox vacib bir fərqi qorumaq lazımdır. Bir şəxsin ChatGPT ilə yazışmasının olması, avtomatik şəkildə sistemin ona faydalı və praktik cinayət təlimatı verdiyini sübut etmir. İstifadəçi bu cür suallar verə bilər, lakin model həmin sorğunu rədd etmiş, natamam cavab vermiş və ya mövzu təhlükəsiz istiqamətə yönləndirilmiş də ola bilər. Bəzi hallarda isə söhbətin yalnız bir hissəsi ictimailəşdiyi üçün ümumi kontekst tam görünmür. Daha dəqiq mövqe belədir: ChatGPT və oxşar süni intellekt sistemləri bu tip həssas və riskli davranışlara dair konkret məsləhət vermək üçün nəzərdə tutulmayıb. Bununla belə, heç bir təhlükəsizlik sistemi yüz faiz qüsursuz deyil. İnsanlar bəzən sistemi aldatmağa, sualları dolayı formada verməyə və ya təhlükəsizlik filtrlərindən yayınmağa çalışırlar. Elə buna görə də bu platformalarda qoruyucu mexanizmlər davamlı şəkildə yenilənir, sınaqdan keçirilir və gücləndirilir. OpenAI-nin texniki və təhlükəsizlik sənədlərində də zorakı və yüksək riskli məzmunla bağlı rədd cavablarının və qoruyucu davranışların daim təkmilləşdirildiyi vurğulanır”.

Mütəxəssis qeyd edib ki, 2026-cı ilin fevralında da OpenAI zorakı fəaliyyətlərlə bağlı qoruyucu tədbirlərin və hüquq-mühafizə orqanlarına yönləndirmə protokollarının gücləndirildiyini açıq şəkildə qeyd edib. Bu da onu göstərir ki, belə risklər platforma səviyyəsində real təhlükə kimi qəbul olunur və əlavə tədbirlər görülür.

“Mənim fikrimcə, belə hadisələrdən çıxan əsas nəticə budur ki, məsələni yalnız Sİ təhlükəli məsləhət verdi səviyyəsində sadələşdirmək düzgün olmaz. Əsas prinsip ondan ibarətdir ki, bu sistemlər belə sorğulara cavab verməməlidir. Əgər veribsə, bu, təhlükəsizlik boşluğu kimi ayrıca araşdırılmalıdır. Əgər verməyibsə, o zaman diqqət texnologiyanın özündən çox, istifadəçinin niyyətinə, psixoloji vəziyyətinə və hadisənin sosial-mənəvi tərəflərinə yönəlməlidir. Yəni texnologiya burada mühüm mövzudur, amma tək səbəb kimi təqdim olunması düzgün yanaşma olmaz”,-Ü.Salay əlavə edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Mart 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri