Icma.az
close
up
RU
Süni intellekt yeni risklər yaradır DİN xəbərdarlığı

Süni intellekt yeni risklər yaradır DİN xəbərdarlığı

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"2025-ci il ərzində ölkə üzrə informasiya texnologiyalarından istifadə etməklə törədilmiş 1799 cinayət faktı qeydə alınmışdır və bu cinayətlərin əhəmiyyətli hissəsini onlayn oğurluq və dələduzluq halları təşkil etmişdir".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin dövrdə 632 kiber-oğurluq, 352 kiber-dələduzluq faktları ilə bağlı müvafiq cinayət işləri başlanmışdır:

"Elektron ticarət sahəsində törədilən cinayətlərin təhlili göstərir ki, cinayətkarlar müxtəlif kiber-dələduzluq üsullarından istifadə edirlər. Müəyyən edilmişdir ki, bu üsullar arasında ən geniş yayılmış olanlar saxta elektron ticarət saytlarının, saxta investisiya platformalarının, maliyyə-piramida sxemlərinin yaradılması, fişinq və digər oxşar aldatma metodlarıdır. Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edərək, müxtəlif yalan və saxta təkliflərlə onları aldadaraq pul vəsaitlərini ələ keçirirlər".

Nəzərə çatdırıb ki, cinayətkarlar zərərçəkənləri aldatmaq üçün istifadə etdikləri texnoloji vasitələri və proqram təminatlarını mütəmadi olaraq təkmilləşdirir və mövcud texnoloji imkanlara uyğunlaşdırırlar:

"Xüsusilə süni intellekt texnologiyalarının inkişafı bu sahədə yeni risklər doğurmuşdur. Artıq bəzi hallarda süni intellekt vasitəsilə saxta videoların hazırlanması və hətta insanların səsini klonlaşdırılması kimi üsullardan istifadə etməklə şəxslərin aldadılması faktları müşahidə olunur".

Həmçinin bildirib ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin izlənilməsi daha mürəkkəb proses olan virtual aktivlərə çevrilərək leqallaşması həyata keçirilir:

"Təcrübə göstərir ki, bu xarakterli cinayətlərin açılması və təqsirli şəxslərin müəyyən edilməsi prosesini mürəkkəbləşdirən bir sıra obyektiv amillər vardır".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Mart 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri