Icma.az
close
up
RU
“Süni intellekt həyatımızı asanlaşdırır, amma ciddi risklər də yaradır”

“Süni intellekt həyatımızı asanlaşdırır, amma ciddi risklər də yaradır”

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə süni intellektin (Sİ) sürətli inkişafı həyatın bütün sahələrinə sirayət edib və artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın bu qədər geniş yayılması ilə bərabər, onun yaratdığı üstünlüklər və təhlükələr barədə müzakirələr də artmaqdadır. Süni intellekt bir tərəfdən insan əməyini yüngülləşdirir, iş proseslərini sürətləndirir və dəqiqliyi artırır, digər tərəfdən isə etik, hüquqi və sosial risklər doğurur. Xüsusilə saxta məlumatların yayılması, şəxsi məlumatların qorunması və peşələrin avtomatlaşdırılması kimi problemlər gündəmdədir.
Bu barədə Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, süni intellekt texnologiyaları son illər ərzində həyatın bir çox sahəsində inqilabi dəyişikliklərə səbəb olub:

“Müsbət tərəfləri çox olsa da, ciddi təhlükə və problemlər yaratmaqda da peşəkardır. Bu gün bəlkə də  ən çox müzakirə edlən mövzulardan biri süni intellektin zərərləridir.  Doğrudur süni zəkanın köməyi ilə böyük problemlərin həll olunacağına ümid böyükdür. Amma təəssüf ki, son vaxtlar süni intellektdən dezinformasiya və saxta məlumatların yayılmasında geniş istifadə olunur. Bəs buna qarşı necə mübarizə aparmaq olar? Bu məsələ Qlobal Media Forumunda da geniş müzakirə olunub. Tədbir iştirakçıları bəzi qurupların süni intellektdən öz niyyətləri üçün sui-istifadə hallarının artdığını qeyd edirdilər. Hətta süni intellekt texnologiyalarından həm də təbliğat və qarayaxma məqsədləri üçün də istifadə edilir”.
Millət vəkili əlavə edib  ki, süni intellektlə bağlı ən böyük təhlükə fırıldaqçıların fəal şəkildə istifadə etməyə başladığı saxta səs yazılarından qaynaqlanır:
“Süni intellektin zərərləri sırasında vətəndaşların şəxsi informasiyalarının təhrif olunması, konfidensiallığın pozulmasıyla yanaşı etik və hüquqi problemlər də var. Yəni süni intellektin köməyi ilə şəxsin videosunun üzərinə səs yazıla bilər. Lakin süni intellektin faydalı  istifadəsi üçün kifayət qədər çox sahə var. Məsələn, süni intellekt hərbçilərin həyatını xilas edə, təhlükəli tapşırıqları yerinə yetirə, ərazini kəşf edə, partlayıcıları zərərsizləşdirə bilir. Avtomatlaşdırılmış sistemlər dronların məlumatlarından istifadə edərək minimum səhvlərlə ağıllı qərarlar qəbul edir.Hətta süni intellektin sürətli inkişafı və gündəlik həyatımıza inteqrasiyası psixoloji aspektlərdən də risklər yaradır. Beləki, insanların sosial əlaqələrinə və psixoloji vəziyyətinə təsiri danılmazdır. Süni intellektlə ünsiyyət bir qaçış yeri, sığınılacaq məkana çevrilməyə başlayır. Bu da insanlarda sosiallaşmada ciddi problemlər yara bilər. Bir neçə gün əvvəl bir həkimin sosial şəbəkədəki paylaşımı diqqətimi çəkdi. Həkim qeyd edirki, xəstə sünii intelek vasitəsilə özünü müalicə etməyə çalışarkən, xəstəliyi daha da ağırlaşdırıb. Buna görə də insanın enerji və varlığı əvəzedilməzdir deyə bilərik”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Gülnarə Qasımova bildirib ki, süni intellekt (Sİ) bu gün dünyanın bütün peşə sahələrinə təsir göstərən ən böyük texnoloji inqilablardan biridir:
“Sİ artıq tibb, təhsil, maliyyə, hüquq, sənaye və xidmət sektorlarında geniş tətbiq olunur. Onun əsas üstünlüyü iş proseslərini sürətləndirməsi, dəqiqliyi artırması və insan səhvlərini minimuma endirməsidir. Müsbət tərəflərdən biri odur ki, süni intellekt daha dəqiq analiz və proqnozlar verir. Məsələn, tibb sahəsində xəstəliklərin erkən aşkarlanmasına, təhsildə fərdi öyrənmə modellərinin hazırlanmasına, maliyyədə isə risklərin düzgün hesablanmasına kömək edir. Sənaye və istehsalda Sİ avtomatlaşdırmanı gücləndirərək məhsuldarlığı artırır. Həmçinin, süni intellekt insanlara vaxt qazandırır və yaradıcılığa daha çox fokuslanmaq imkanı yaradır”.
Mütəxəssis vurğulayıb ki, bu texnologiyanın mənfi cəhətləri və riskləri də az deyil:
“Ən böyük təhlükə iş yerlərinin azalması və bir çox peşələrin avtomatlaşdırma nəticəsində aradan çıxmasıdır. Sİ-nin verdiyi qərarlar bəzən etik və insani dəyərləri nəzərə almır, bu da sosial narazılıqlara səbəb ola bilər. Məlumatların toplanması və işlənməsi zamanı şəxsi məxfilik və məlumat təhlükəsizliyi pozula bilər. Bundan başqa, Sİ texnologiyalarından sui-istifadə edildikdə saxta kontent, dərin feyklər və dezinformasiya yayılması riski artır. Bu yenilik insan bacarıqlarına olan tələbi dəyişdirir. Gələcəkdə yaradıcılıq, analitik düşünmə və texnoloji savad kimi qabiliyyətlər əsas rol oynayacaq. Buna görə də süni intellektin inkişafı qarşısında dayanmaq yox, onu etik qaydalar və insan nəzarəti çərçivəsində idarə etmək vacibdir. Süni intellekt həm böyük imkanlar, həm də ciddi məsuliyyətlər yaradır. Onun düzgün istifadəsi cəmiyyətin inkişafına xidmət edə, yanlış yönləndirilməsi isə sosial və iqtisadi problemləri dərinləşdirə bilər”.
Leyla Turan 
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri