Icma.az
close
up
RU
“Süni intellektdə yeni “soyuq müharibə“: Çin və ABŞ arasında qlobal yarış“ “The Wall Street Journal“

“Süni intellektdə yeni “soyuq müharibə“: Çin və ABŞ arasında qlobal yarış“ “The Wall Street Journal“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Pekin 2030-cu ilə qədər süni intellekt sahəsində lider olmağı hədəfləyir..."

"The Wall Street Journal" nəşri yazır ki, süni intellekt sahəsində Çin və ABŞ arasında gizli, lakin sərt bir "soyuq müharibə" gedir. Hər iki tərəf milli texnoloji startapları dəstəkləyir, amma bu yarış insanlığa həm böyük inkişaf, həm də potensial fəlakət gətirə bilər.

Çinin gecikmiş startı və dövlət səfərbərliyi

2023-cü ilin əvvəlində Çin şirkətləri generativ süni intellektdə ABŞ-dan xeyli geri qalırdı. Pekin bunun səbəbini yüksək keyfiyyətli süni intellekt çiplərinin ixracına qoyulan Amerika məhdudiyyətlərində görürdü. 2024-cü ilin yazında isə Çin hökuməti texnologiya rəhbərlərinə təzyiqi artırdı - bir ayda onlarla dövlət qurumundan zəng alaraq, yerli İİ modellərinin hazırlanmasını sürətləndirməyi tələb etdilər.

Bu səfərbərlik nəticəsində "DeepSeek" adlı startap ilin sonunda öz modeli ilə diqqət çəkdi. Baş nazir Li Tsyan bunu "Çinin qürur mənbəyi" adlandırdı. Bu uğur Pekində texnoloji özünəinamı artırdı, amma ABŞ da geri qalmadı - "OpenAI" və "Google" kimi nəhənglər yeni məhsullarla mövqelərini qorudular.

Yeni "soyq müharibə" atmosferi

Süni intellekt yarışının miqyası artıq kosmik yarış dövrünü xatırladır. Yarış həm ABŞ, həm də Çin birjalarına güc verir, amma eyni zamanda "süni intellekt köpüyü" qorxusu yaradır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu sahədəki məsuliyyətsiz rəqabət feyklərin, dezinformasiyanın və insan dəyərlərinə zidd sistemlərin yaranmasına gətirib çıxara bilər.

ABŞ vitse-prezidenti Vensin sözləri ilə desək, "Süni intellektin gələcəyi təhlükəsizliklə bağlı çaxnaşma üzərində qurula bilməz". Vaşinqtonda Çin "avtoritar süni intellekt" modeli ilə ABŞ-ın texnoloji üstünlüyünü sarsıdacağı qorxusu artır. Pekin isə inanır ki, əgər süni intellektdə geridə qalarsa, ABŞ onun dünya gücü statusuna çatmasının qarşısını daha asan ala bilər.

2030 hədəfi: "Milli bulud" və texnoloji müstəqillik

Çin 2017-ci ildə süni intellekt üzrə milli strategiyasını açıqlayıb  və məqsədini aydın qoyub - 2030-cu ilə qədər bu sahədə qlobal lider olmaq. Bunun üçün "vətənpərvər süni intellekt kampaniyası" başlanıb: Daxili Monqolustanda Günəş və külək enerjisi ilə işləyən nəhəng data-mərkəzlər tikilir, "milli bulud" adlanan vahid hesablama sistemi formalaşdırılır.

Pekin həmçinin "Huawei" və "ByteDance" kimi şirkətləri yerli çiplərlə işləməyə məcbur edir, çünki ABŞ-ın ixrac məhdudiyyətləri hələ də qalır. "Huawei" artıq milyonlarla çipi birləşdirən sistemlər üzərində işləyir və "su daşı daşdan oyur" prinsipi ilə ABŞ-ın texnoloji üstünlüyünü zəiflətməyə çalışır.

Ekspertlərin fikrincə, Çin texnoloji müstəqillik yolunda irəliləsə də, hələ ən azı 10 il geridədir. Amma "DeepSeek effekti" göstərdi ki, Pekin vaxt itirmədən və öz metodları ilə ABŞ-ı təqib etməyə davam edəcək. Bu dəfə yarış yalnız texnologiyalar uğrunda deyil, insanlığın gələcəyi uğrundadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri