Süni intellektə inanmaq onu uçuruma apardı Fotolar
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kanadanın Britaniya Kolumbiyası əyalətində 16 yaşlı Brayss Vinsent Qovriluk dağlıq ərazidə marşrut planlaşdırması üçün süni intellekt çatbotu "Claude"dan istifadə edib. Lakin süni intellektin verdiyi yanlış istiqamətlər gənc alpinistin uçurumda çarəsiz qalmasına və təcili xilasetmə əməliyyatının başladılmasına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Qrouz dağının zirvəsinə qalxdıqdan sonra Kraun dağına doğru hərəkət etmək istəyən Qovriluk “Claude”un göstərişləri ilə marşrutdan tamamilə kənara çıxıb.
Süni intellektin yönləndirməsi nəticəsində gənc alpinist yalnız xüsusi kəndirlər və peşəkar avadanlıqla keçilməsi mümkün olan “Widowmaker Arete” qayalıq divarında ilişib qalıb.
Ərazinin son dərəcə dik olduğunu və irəliləyə bilmədiyini anlayan Qovriluk anasına zəng edərək kömək istəyib. Məlumat daxil olduqdan sonra Şimal Sahil Xilasetmə komandası əraziyə helikopter cəlb edib. Oğlanın uçuruma çox yaxın olması səbəbindən iki xilasedici aşağı endirilərək onu təhlükəsiz zonaya qaldırıb və təxliyə edib.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 10 Oktyabr 2026 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















