Icma.az
close
up
RU
Süni intellektin inkişafı cəmiyyəti hansı təhlükələrə ata bilər? EKSPERTDƏN AÇIQLAMA FOTO

Süni intellektin inkişafı cəmiyyəti hansı təhlükələrə ata bilər? EKSPERTDƏN AÇIQLAMA FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycanda süni intellekt texnologiyalarına maraq artıb. Dövlət qurumları və bizneslər bu texnologiyadan məlumat analizi, avtomatlaşdırma və müşahidə sistemlərində istifadə edirlər. Vətəndaşlar isə gündəlik işlərdə və şəxsi məsələlərdə süni intellektə əsaslanan alətlərdən yararlanırlar.

Bu, bir tərəfdən rahatlıq və effektivlik gətirsə də, digər tərəfdən yanlış istifadə hallarında risklər yarada bilər. Xüsusilə süni intellektin dediklərinə şərtsiz inanmaq təhlükəlidir. Ona görə də bu texnologiyanın düzgün istifadəsi və məlumatların yoxlanması vacibdir.

Bəs Azərbaycanda süni intellektin yayılması daha çox fayda gətirir, yoxsa təhlükə yaradır?

Mövzu ilə bağlı İKT üzrə mütəxəssis Elvin Abbasov Avtosfer.az-a açıqlamsında bildirib ki, bununla bağlı deyə bilərik ki, hazırda Azərbaycanda bir çox dövlət qurumları və biznes strukturları müxtəlif internet alətlərindən və süni intellekt əsaslı texnologiyalardan kiçik layihələr və tədbirlər çərçivəsində istifadə edirlər:

“Məlumatların təhlili, müşahidə kameralarından gələn görüntülərin analizi, böyük məlumat kütlələrinin emalı, statistik hesabatların hazırlanması, məlumatların uyğunlaşdırılması və proseslərin avtomatlaşdırılması kimi sahələrdə süni intellekt texnologiyalarından yararlanırlar.
Dövlət bir neçə ildir ki, bu sahədə pilot və lokal miqyaslı layihələr həyata keçirir. Həmçinin, bizneslər də artıq daxili idarəetmə sistemlərində süni intellektə əsaslanan həllərdən istifadə etməyə başlayıblar.

Vətəndaşlar arasında da süni intellektə, xüsusən də süni dil modellərinə maraq artıb. Dövlət qurumlarında əməkdaşlar, biznes sahibləri və adi insanlar şəxsi məsələlərini həll etmək üçün bu texnologiyalardan istifadə edirlər. Məsələn, CV hazırlanması, məktubların tərtibi, sənəd analizi kimi işlərdə süni intellekt alətlərindən faydalanırlar. Bu, müsbət və təqdirəlayiq haldır.

Lakin burada vacib məqam ondan ibarətdir ki, vətəndaşlar başa düşməlidirlər: süni intellekt nədir, hansı sahələrdə faydalı ola bilər və hansı hallarda səhv və ya yanlış məlumat verə bilər.

Bəzən görürük ki, insanlar süni intellekt alətlərini həkim, müəllim və ya hüquqşünas kimi qəbul edirlər. Bəzi insanlar isə bu texnologiyaların dediyi hər şeyi sorğusuz-sualsız qəbul edirlər. Bu isə ciddi problemlər yarada bilər”.

Ekspert, həmçinin, qeyd edib ki, vətəndaş anlamalıdır ki, süni intellektin verdiyi məlumatlar hansı mənbəyə əsaslanır, bu məlumatlar nə dərəcədə doğrudur, necə dəqiqləşdirilə bilər? Məsələn, bəzi insanlar süni intellektdən pəhriz proqramı alır, bəzi insanlar isə ondan texniki cihazlar alarkən məsləhət istəyirlər. Bu hallarda, süni intellektin dediklərinə tam inanmaq düzgün deyil, məlumatın doğruluğunu yoxlamaq vacibdir.

Süni intellekt faydalı bir alətdir, amma ondan necə istifadə etməyi, verdiyi məlumatı necə yoxlamağı bilməliyik. Əgər vətəndaşlar bu texnologiya barədə daha geniş biliklərə sahib olsalar, süni intellektdən maksimum fayda əldə edə bilərlər.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri