Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Bakıda süni intellektin tətbiqi ilə yol hərəkətin tənzimləmək mümkündür? EKSPERTDƏN AÇIQLAMA FOTO

Bakıda süni intellektin tətbiqi ilə yol hərəkətin tənzimləmək mümkündür? EKSPERTDƏN AÇIQLAMA FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir şəhər idarəçiliyində ağıllı texnologiyaların, xüsusən də süni intellektin rolu durmadan artır. Artıq bir çox inkişaf etmiş şəhərlər yol hərəkətini daha effektiv şəkildə idarə etmək, tıxacların və qəza risklərinin qarşısını almaq üçün süni intellekt əsaslı sistemlərdən istifadə edir. Bu texnologiyalar real vaxt rejimində məlumat toplayaraq, hərəkət axınlarını analiz edir və adaptiv idarəetmə qərarları verir. Belə yanaşma nəqliyyat sistemini daha çevik, təhlükəsiz və dayanıqlı edir.

Bəs Bakıda süni intellektin tətbiqi ilə yol hərəkətinin tənzimlənməsi mümkündürmü?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a bildirib ki, bizdə süni intellektdən yox, amma rəqəmsal əkiz deyilən bir alətdən istifadə olunur və bu rəqəmsal əkiz data əsaslı qərarlar verməyə imkan verir. Yəni, fərqli datalar formalaşdırılır, fərqli mənbələrdən alınır və ona əsasən də şəhərimizdə müəyyən transformasiya işləri görülür:


“Hərəkət axınlarının idarə edilməsi, onların önündə olan baryerlərin aradan qaldırılması üçün yeni bir imkan yaradılıb. Buna əsasən bir çox layihələr artıq kompleks halda icra olunur, yəni şəhərdə bir qovşaq, yol tikməklə məsələ bitmir. Bunlarla yanaşı, fərqli hərəkət üçün imkanlar yaratmaq lazımdır və bu zəmində keçən illər ərzində mobilliyin transformasiya proqramı çərçivəsində məhz rəqəmsal əkizdən alınmış datalar əsasında, yəni öncədən planlaşdırmaq olur və bu rəqəmsal əkizdə bir neçə simulyasiyalar olunur. Ən optimal olan, iqtisadi cəhətdən səmərəli olan variant artıq layihə icraçısı üçün yönləndirilir və beləliklə də, şəhərdə hərəkətlilik üçün yeni imkanlar yaratmağa bir zəmin yaranmış olur.

Bu proses davamlıdır, yəni şəhərimiz böyükdür və bu şəhərdə uzun müddət, əgər biz ictimai nəqliyyata istənilən səviyyədə diqqət ayırmamışıqsa, bunun da yan fəsadları olacaq.

İndi yeni dövlət proqramı təsdiq olunub və data əsaslı qərarlarla düşünürəm, yaxın 5 il ərzində biz fərqli bir hərəkətliliyi müşahidə edəcəyik, amma bu sahəyə investisiyanı artırmağa gərək var və ilkin olaraq, əgər prioritetləşdirsək, dövlət proqramında qeyd olunmuş piyada infrastrukturunun abadlaşdırılması, önündə olan baryerlərin aradan qaldırılması kimi işləri təxirə salmadan icra etmək lazımdır ki, insanlar uzun zaman tıxacda dayanmaqdansa, qısa məsafələri piyada getsinlər və bu piyada gəzdikləri səkilər az mobillikli insanları nəzərə almaqla qurulmalıdır”.

Ekspert əlavə edib ki, şəhərin daxilində qısa məsafədə eyni səviyyədə svetaforla nizamlanan, iki zolaqdan artıq olan küçə və prospektlərimizdə təhlükəsizlik adacığı və kontrast işıqlandırma ilə keçidlər təmin olunmalıdır:

“Bu niyə vacibdir? Çünki piyada gəziriksə bizim ehtiyacımız var ki, yolun bir tərəfindən digər tərəfinə keçək və bu keçid uzaq olmamalıdır, rahat olmalıdır. Yəni avtobusun dayanacağı ola bilər yolun bir tərəfində, digər dayanacaq isə digər tərəfində olsun. Bu keçidi rahat təşkil etmək lazımdır ki, insanlar məhz bu ehtiyaclarını ödəyə bilsinlər.

Düşünürəm, küçəboyu yaşıllıqlarımızın da sayını artırmağa gərək var, çünki yaşıllığın həm səsboğucu effekti var, həmçinin də mikroiqlim yaradır, yəni sərinlik yaradır.
Bu da küçəboyu daha komfortlu hərəkət üçün imkanlar yaradır. Beləliklə, insanlar artıq özləri qərar verəcək ki, küçənin neçə metri piyada, neçə metri mikromobillik, yaxud ictimai nəqliyyat, taksi və ya fərdi nəqliyyat vasitələri üçün ayrılsın”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 İyul 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri