AQTA: Qida ilə təmasda olan plastik qabların istehsalında bəzi kimyəvi maddələrin istifadəsi qadağandır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
2025-ci il avqustun 20-dən qüvvəyə minən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”na əsasən, istehsalçı və idxalçı müəssisələr qida ilə təmasda olan bütün material və məmulatların yeni təsdiq edilmiş sanitariya norma və qaydalarına tam uyğunluğunu təmin etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, plastik qablar, örtüklər və yapışqanlar hazırlanarkən bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır, çünki onlar qidaya keçə və sağlamlığa mənfi təsir göstərə bilər. Digər bəzi reaktiv maddələr üçün isə müəyyən edilmiş maksimum hədlərə ciddi əməl edilməlidir. Eyni zamanda, pərakəndə satış zamanı bütün məlumatlar istehlakçılar üçün görünməlidir: məhsulun üzərində, qablaşdırmada, stikerdə və ya materialın yanında. Etiketlərdə məhsulun istifadəsi, təhlükəsiz istifadə təlimatları, istehsalçı və ya emal edən müəssisənin adı, ünvanı, əmtəə nişanı və aktiv komponentlərin adı və miqdarı göstərilməlidir.
Plastik materiallar qida məhsullarının qablaşdırılması və saxlanmasında geniş tətbiq olunur. Lakin həmin materialların istehsalı və istifadəsi zamanı insan sağlamlığına potensial təhlükələr yarada biləcək kimyəvi maddələrin mövcudluğu nəzərə alınmalıdır.
Bu barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















