Süni intellektin inkişafı ilə insanların başına nə gələcək? − Mask cavablayır
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Amerikalı sahibkar və milyarder İlon Mask bəyan edib ki, gələcəkdə bütün iş yerləri robotlar və süni intellekt (Si) tərəfindən ələ keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib.
Sahibkarın fikrincə, işləmək lazımsız olacaq və insanlar həqiqətən zövq aldıqları işlə məşğul olacaqlar. Mask tərəvəzləri mağazadan almaq əvəzinə yetişdirməyi misal çəkib. Bu, onun amerikalı sahibkar Ceyson Kalakanisin Amazonun 600.000 işçini robotlarla əvəzləməyi planlaşdırdığı barədə hesabatına cavabı olub.
Qeyd edək ki, 24 sentyabr 2024-cü ildə BMT-nin Baş katibi Antonio Quterres süni intellekti qlobal parçalanmaya səbəb ola biləcək idarəolunmaz təhlükə adlandırdı - iki internet, iki bazar, iki iqtisadiyyatla böyük bir çatlaq, burada hər bir ölkə tərəf seçmək məcburiyyətində qalacaq. O hesab edir ki, onu idarə etmək üçün qlobal yanaşma lazımdır.
Bu mövzuda digər xəbərlər:Mask süni intellektin inkişafı ilə pul dövriyyəsinin gələcəyi haqqında danışıb
20 Noyabr 2025 10:44
Mask süni intellektin insanları nə vaxt üstələyəcəyi barədə danışdı
24 Dekabr 2024 04:20
Grok süni intellektin cavabları Mask pərəstişkarlarını təəccübləndirir..
13 May 2025 23:03
Mask süni intellektin yeni modelinin müjdəsini verdi
08 Avqust 2025 08:32
Rusiyada Süni İntellektin İnkişafı Mərkəzi yaradılır
10 İyun 2025 09:01
Baxış sayı:131
Bu xəbər 22 Oktyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















