Icma.az
close
up
RU
Süni intellektin KOB sektorunda tətbiqi təşviq ediləcək

Süni intellektin KOB sektorunda tətbiqi təşviq ediləcək

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bunu DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, beynəlxalq səviyyədə süni intellekt texnologiyaları ilə bağlı baş verən inkişaflardan və proseslərdən geri qalmaq bir müddət sonra iqtisadiyyatımız və bütövlükdə ölkəmiz üçün əhəmiyyətli çağırışlar və ciddi təhlükəsizlik riskləri yarada bilərdi:
"Ona görə də artıq dövlət tərəfindən bu sahəyə diqqətin bir qədər də artırılmasına ehtiyac yaranmışdı və müvafiq addımlar da atıldı. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası”nın qəbul olunması buna əyani misaldır. KOBİA olaraq, proseslərdən kənarda qala bilməzdik və bu baxımdan, fəaliyyətimizi iki mühüm istiqamət üzrə qurmuşuq. Birinci istiqamət, süni intellektə əsaslanan həll yollarının daxili biznes proseslərimizə və KOB-lara yönələn xidmət alətlərinə inteqrasiya edilməsi ilə bağlıdır.
Bu məqsədlə e-KOB evi portalı layihəsi çərçivəsində işlər aparılır. Rəqəmsal mühitdə süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulur. Yaxın gələcəkdə, həmçinin KOB sektoru üzrə qiymətləndirmənin aparılması və daha effektiv strateji qərarların qəbulu üçün süni intellektə əsas biznes analitikası sisteminin inkişafı barədə düşünürük. Mövcud və inkişaf etməkdə olan süni intellekt alətləri vasitəsilə biznes analitikasının məzmunu sürətlə inkişaf edir.
Biz də fəaliyyətimizin optimallaşdırılması və KOB sektorunun daha effektiv dəstəklənməsi üçün yeni dövrün resurslarından geniş şəkildə istifadə etməyi hədəfləyirik. İkinci istiqamət isə süni intellekt texnologiyalarının KOB sektorunda tətbiqinin təşviq edilməsi ilə bağlıdır. Bu istiqamət üzrə həm mövcud dəstək mexanizmləri çərçivəsində, həm də tərəfdaş qurumlar ilə birgə layihə və proqramlar vasitəsilə müvafiq tədbirlər həyata keçiririk”.
Orxan Məmmədov vurğulayıb ki, KOB sektorunun digər bir əhəmiyyətli rolu onun cəmiyyətin süni intellekt texnologiyalarına hazırlıq səviyyəsini və ondan istifadə bacarıqlarını artıra bilməsi ilə bağlıdır.
“Mövcud son statistikaya əsasən ölkədə muzdlu işçi qüvvəsinin 44 faizi KOB sektorunda çalışır. Potensial müştəri bazasını da nəzərə alsaq, bu o deməkdir ki, KOB-lar geniş əhali kütləsinə çıxış və təsir imkanına malikdir. Düşünürəm ki, sektoral bölgüdən asılı olmayaraq, süni intellekt təşəbbüslərinin həyata keçirilməsi zamanı bu amilin nəzərə alınması vacibdir. KOBİA olaraq biz dövlət və özəl tərəfdaşlar ilə birgə fəaliyyətə hazırıq.
Çünki, fəaliyyətimizin ilk dövrlərindən KOB subyektləri davamlı və sistemli kommunikasiya kanalları yaratmışıq. KOBİA yanında Biznes Şuranın dəstəyi ilə sektoral müzakirələr keçirir, KOB dostları vasitəsilə regional görüşlər təşkil edir və daxili resurslarımız, eləcə də ixtisaslaşmış şirkətlər cəlb etməklə müxtəlif mövzularda sorğular aparırıq. Qeyd edilən alətlər yeni texnoloji həll yollarının hazırlanması və biznes sektoru üzrə kütləviliyin təmin edilməsi baxımından tərəfdaşlarımız üçün faydalı ola bilər.
Bütövlükdə cəmiyyətin süni intellekt texnologiyaları üzrə transformasiyana effektiv şəkildə nail olmaq üçün ölkə üzrə bütün səylərin birləşdirilməsi vacibdir. Burada dövlət, özəl sektor, akademik dairələr və geniş ictimaiyyət arasında faydalı iş birliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırkı beynəlxalq konfrans da bir çox maraqlı tərəfləri bir araya gətirməklə unikal platforma rolunu oynayır".
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri