Icma.az
close
up
RU
Süni intellektin məntiqi yaddaşdan güclüdür

Süni intellektin məntiqi yaddaşdan güclüdür

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bir qrup alim süni intellekt sistemlərində yaddaş və məntiq mexanizmlərini bir-birindən ayırmaq qərarına gəlib. Yeni eksperiment nəticəsində “Goodfire.ai” startapının elmi-tədqiqat qrupu sübut edib ki, süni intellekt modellərində yaddaş və məntiq (yaxud mühakimə) prosesləri tamamilə fərqli arxitektura hissələrində yerləşir.
Reyting.az
xəbər verir ki, alimlər yaddaşa cavabdeh hissələri silməklə modelin öyrəndiyi məlumatları xatırlama qabiliyyətini 97 faiz azaltsalar da, onun məntiqi düşünmə bacarığını qoruyub saxlamağa nail olublar.
Maraqlıdır ki, riyazi əməliyyatlar zamanı model yaddaşla bağlı sahələri aktivləşdirib və bu hissələr silindikdə hesablamalarda səhvlərin payı 66 faizə qədər artıb.
Elm adamlarının fikrincə, bu nəticə göstərir ki, süni intellekt “2 + 2 = 4” kimi hesablamaları çox vaxt məntiqi əməliyyat deyil, daha çox ifadə və ya əzbərlənmiş fakt kimi qəbul edir.
Tədqiqatçılar hesab edirlər ki, bu yeni və maraqlı kəşf gələcəkdə süni intellekt modellərindən müəllif hüquqları ilə qorunan məlumatların və şəxsi informasiyaların təhlükəsiz şəkildə silinməsini təmin etməklə yanaşı, onların məntiqi bacarıqlarını da qorumağa imkan verə bilər.
Araşdırma zamanı mütəxəssislər “landşaft itkiləri” (landscape losses) adlanan elmi metoddan və “K-FAC” texnikasından istifadə ediblər. Nəticədə müəyyən olunub ki, yaddaşla bağlı məlumatlar modelin “daxili relyefi”ndə kəskin sıçrayışlar yaradır, məntiq isə daha sabit və hamar şəkildə fəaliyyət göstərir.
“Goodfire.ai” startapının tədqiqat qrupu müəyyən edib ki, süni intellektin yaddaş göstəriciləri eksperiment zamanı 100 faizdən 3,4 faizə qədər azalıb, lakin modelin məntiqi bacarıqları demək olar ki, dəyişməz qalıb.
Bununla belə, alimlər bildiriblər ki, silinmiş məlumatlar sonrakı öyrənmə proseslərində yenidən bərpa oluna bilir. Bu isə yaddaşın tamamilə itirilmədiyini, sadəcə, müvəqqəti olaraq sıxışdırıldığını göstərir.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Noyabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri