Icma.az
close
up
RU
Süni intellektin tətbiqi iqtisadiyyatın şaxələndirilməsinə və qlobal rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər ŞƏRH AZƏRTAC

Süni intellektin tətbiqi iqtisadiyyatın şaxələndirilməsinə və qlobal rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər ŞƏRH AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 yanvar, AZƏRTAC

Davosda keçirilən Dünya İqtisadi Forumunda ənənəvi mövzularla yanaşı, yeni dövrün çağırışları, texnoloji inqilab, süni intellektin (Sİ) təklif etdiyi imkanlar, yaratdığı təhlükələr və gələcəkdə transformasiya potensialı ilə bağlı müxtəlif formatlarda debatlar keçirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova AZƏRTAC-a bildirib ki, Sİ-nin sənayeləri inqilabi şəkildə dəyişdirməsi və tam potensialını reallaşdırması üçün aparılan müzakirələr gələcək addımların müəyyənləşdirilməsində mühüm rol oynayır.

“Forum çərçivəsində “İntellektual əsrdə sənayelər” mövzusunda 120-dən çox natiqin təmsil olunduğu 30-dan çox sessiyanın keçirilməsi planlaşdırılıb. Dünya İqtisadi Forumunun (DİF) keçirdiyi sorğuların nəticələrinə əsasən, rəhbər şəxslərin 83 faizi süni intellekti təşkilatları üçün strateji prioritet olaraq qəbul edirlər. Lakin müxtəlif sektorlar arasında süni intellektin tətbiqi və inkişafı səviyyələrində nəzərəçarpan fərqlər var. Forumda Sİ-nin enerji sektorunda rolu, xüsusilə neft və qaz hasilatında istehsalın artırılması və ətraf mühitə təsirin azaldılması yolları müzakirə olunur. Eyni zamanda, səhiyyə sahəsində süni intellektin tətbiqi ilə dərman istehsalı və xəstəliklərin daha effektiv diaqnozu təklif edilir. Qida istehsalı və təchizat zəncirində proseslərin təkmilləşdirilməsində də süni intellektin rolu və dayanıqlı inkişaf təşəbbüsləri vurğulanıb. Spikerlər Sİ-nin biznes transformasiyasındakı rolu, şirkətlərin rəqəmsallaşmada üzləşdiyi çağırışlar və tərəfdaşlıqların əhəmiyyətindən danışıblar. Bulud texnologiyaları və Sİ vasitəsilə məlumatların idarə edilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun gələcək perspektivləri də diqqət mərkəzindədir. Qeyd olunub ki, bulud texnologiyalarında süni intellektin tətbiqi sürətlənsə belə, məlumat inteqrasiyası ilə bağlı problemlər var. Bildirilib ki, şirkətlərin 74 faizi süni intellektin genişmiqyaslı tətbiqi ilə bağlı çətinliklərlə üzləşir, yalnız 16 faiz qurum bu prosesə tam hazırdır. Sənayelər öz biznes strategiyalarını təkcə bu əsas texnoloji dəyişikliklərə görə deyil, həm də seysmik geoiqtisadi dəyişiklikləri nəzərə alaraq uyğunlaşdırmalıdırlar. Liderlər bu dərin və struktur dəyişikliklərə uyğunlaşmaq və onlardan tam yararlanmaq üçün yeni liderlik alətləri ilə təchiz olunmalıdırlar”,- deyə o qeyd edib.

Aygün Əhmədova bildirib ki, "Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması" mövzusunda panel müzakirədə avtomobil sənayesinin liderləri, siyasətçilər və ekspertlər elektrikli avtomobillərin təchizat zəncirlərinin optimallaşdırılması və davamlılığının təmin edilməsi məsələlərini müzakirə ediblər: “Elektrikli avtomobil bazarının sürətlə genişlənməsi ilə əlaqədar olaraq təchizat zəncirlərinin dayanıqlılığı və şəffaflığı daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Xüsusilə, batareya istehsalı üçün vacib olan xammalın, məsələn, litium və kobaltın etibarlı və etik mənbələrdən təmin edilməsi zərurəti vurğulanıb. Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması, həm də karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. Süni intellekt, kvant hesablaması, biotexnologiya, robototexnika və avtomatlaşdırma və digər sahələrdə irəliləyişlər çoxsaylı imkanlar təqdim etsə də, yeni texnologiyalar enerji tələbatını artırır. Sektorun elektrik enerjisinə tələbatı 2026-cı ildə 1000 teravat saata (TWh) çata bilər, halbuki bu gün bu rəqəm 460 TWh-dır”.

İİTKM-in baş məsləhətçisinin sözlərinə görə, "İntellektual əsrdə sənayelər: Kriptovalyuta yol ayrıcında" panelində rəqəmsal aktivlər üçün perspektivlər və siyasət dəyişikliklərinin maliyyə sisteminə təsiri müzakirə olunub. Rəqəmsal aktivlərin, kriptovalyutaların qlobal maliyyə sisteminə sürətli, ucuz və səmərəli təsiri vurğulanıb. Qeyd edilib ki, kriptovalyutalar və blokçeyn texnologiyası bank xidmətlərinə çıxışı olmayan insanlar üçün əlverişli fürsətlər yaradır. İnsanlar öz maliyyə vəsaitlərini daha sərbəst idarə edə və müxtəlif iqtisadi imkanlardan yararlana bilirlər. Bu perspektiv texnologiyanın maliyyə sahəsində imkanlarını genişləndirsə də, dövlətlərin və maliyyə qurumlarının dəyişikliklərə reaksiyası müzakirə mövzusudur.

Aygün Əhmədovanın fikrincə, süni intellekt yalnız texnoloji alət deyil, həm də cəmiyyətlər, sənayelər və hökumətlər üçün strateji mexanizmlərin müəyyən olunmasında mühüm rol oynayır. Bu istiqamətdə fəaliyyətdə DİF öz tərəfdaşları vasitəsilə daha böyük təsirə nail olmaq üçün dövlət və özəl sektorun səylərini birləşdirir.

İİTKM-in baş məsləhətçisi Azərbaycanın Dünya İqtisadi Forumu ilə əlaqələrinin qlobal əməkdaşlıqlar baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif sektorlarında Sİ-nin tətbiqi həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də qlobal rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər.

“DİF-in Süni İntellekt İdarəetmə Alyansı və onun “Süni intellektlə sənayelərin transformasiyası” təşəbbüsü Azərbaycan şirkətlərinə beynəlxalq təcrübələrdən faydalanmaq, yeni tərəfdaşlıqlar qurmaq və texnologiyanın iqtisadiyyata və cəmiyyətə müsbət təsirini artırmaq üçün əlverişli platforma təqdim edir. Bu təşəbbüs ölkənin innovasiya potensialını artırmaqla yanaşı, qlobal miqyasda öz mövqeyini möhkəmləndirmək üçün vacib addımdır”,- deyə A.Əhmədova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri