Icma.az
close
up
RU
Mədəniyyət və incəsənət sahəsində süni intellektin tətbiqi

Mədəniyyət və incəsənət sahəsində süni intellektin tətbiqi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 aprel, AZƏRTAC

XXI əsrdə süni intellekt fövqəlgücə və inqilabi xüsusiyyətlərə malik vasitə kimi artıq bütün dünya ölkələrinin strateji potensialının ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Hazırda dünyanın superdövlətləri süni intellekt sahəsində qlobal texnoloji liderliyi əldə etmək məqsədilə bu sahənin inkişafı üçün böyük maliyyə vəsaiti ayırır, strateji qərarlar qəbul edir.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında səsləndirib.

Akademik R.Əliquliyev Prezident İlham Əliyevin martın 19-da imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı xatırladaraq, dövlətimizin süni intellekt ideologiyasını dəstəklədiyini, bu istiqamətdə mühüm qərarlar qəbul etdiyini, zəruri addımlar atdığını bildirib. Eyni zamanda, müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssislərin süni intellekt məsələlərini daim diqqət mərkəzində saxladıqlarını, onun müxtəlif aspektləri, problemləri ilə bağlı multidisiplinar tədqiqatlar apardıqlarını deyib.

Son illər, xüsusilə də 2015-ci illərdən etibarən süni intellekt sahəsində qlobal miqyasda ciddi irəliləyişlərin müşahidə olunduğunu diqqətə çatdıran baş direktor əlavə edib ki, başlıca səbəblərdən biri bu sahənin inkişafı üçün zəruri olan texnoloji bazanın formalaşmasıdır: “Artıq mövcud baza əsasında süni intellekti müxtəlif sferalara tətbiq etməklə konkret nəticələr əldə etmək mümkündür. Lakin bu istiqamətdə bir sıra ciddi problemlər mövcuddur”.

“Süni intellekt, əsasən, insanın təbii intellektindən yararlanır”, – deyən alimin sözlərinə görə, bu gün kompüter elmləri və süni intellektin sürətlə inkişaf etməsinə baxmayaraq, müasir texnologiyaların tətbiqi ilə bağlı ən çox problemlərin müşahidə olunduğu sahə yaradıcılıq prosesidir. Bununla belə, mədəniyyət və incəsənət sahələrində, eləcə də digər humanitar istiqamətlərdə təfəkkür prosesinin emalı, yaradılan biliklərin generasiyası və onların riyazi modelləşdirilməsi hələlik istənilən səviyyədə deyil.

Akademik R.Əliquliyev bildirib ki, ötən əsrin 60-cı illərindən başlayaraq informasiya texnologiyalarının musiqi, rəssamlıq və digər sahələrdə tətbiqi ilə bağlı müəyyən nailiyyətlər əldə edilib. Lakin buna baxmayaraq, insan intellektinə xas olan xüsusiyyətlər – düşünmək, yaratmaq və gələcəyi görmək kimi mürəkkəb idrak proseslərinin və generasiya olunan biliklərin modelləşdirilməsi bu gün ciddi bir çağırış olaraq qalır: “Süni intellektə qədərki dövrdə informasiya texnologiyalarının tətbiqi prosesində riyaziyyatın rolu həlledici olub. Məhz riyaziyyatın yaratdığı alqoritmlər nəticəsində sənət əsərləri meydana çıxırdı”.

Alimin sözlərinə görə, real süni intellekt əsərlərinin əldə olunması üçün ən vacib şərt seçilmiş obyekt haqqında zəruri həcmdə verilənlərin olmasıdır. Nəqliyyat vasitələrinin işləməsi üçün yanacaq tələb olunduğu kimi, süni intellektin də “qidası”, “yanacağı” – məhz verilənlərdir, məlumatlardır. Əgər bu məlumatlar yoxdursa, süni intellekt sadəcə səmərəsiz bir alətə çevrilir. Bu kontekstdə qarşıda duran ən mühüm vəzifələrdən biri ölkəmizdə rəqəmsal mədəniyyət və rəqəmsal incəsənətin inkişafı üçün zəruri olan informasiya resurslarının yaradılmasıdır. Mədəniyyət və incəsənət sahəsində tarixən qorunub saxlanılan qrammofon yazıları, audiokasetlər, disketlər və digər qurğularda saxlanılan materiallar sistemli şəkildə arxivləşdirilməli, vahid rəqəmsal mədəniyyət ekosistemin formalaşdırılmalıdır.

Akademik R.Əliquliyev süni intellekt sahəsində kadr çatışmazlığı məsələsinə də toxunub. Bildirib ki, ölkəmizdə informasiya texnologiyaları sahəsində müəyyən kadr potensialının mövcud olmasına baxmayaraq, süni intellekt artıq müstəqil istiqamət, spesifik bilik sahəsi kimi fərqləndiyinə görə, bu sahədə də xüsusi ixtisaslar tələb olunur.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, alim və mütəxəssislər, ilk növbədə, süni intellekt texnologiyalarının inkişafı və tətbiqi ilə bağlı qarşıda duran problemləri aydın şəkildə müəyyənləşdirməli, onların həllinə dair kompleks və sistemli tədbirlər həyata keçirməlidir. Bu prosesdə həm elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, həm də müvafiq dövlət qurumları birgə fəaliyyət göstərməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri