Icma.az
close
up
RU
Süni intellektlə ölən müğənnini “diriltmək” qanunidirmi? CƏZALAR

Süni intellektlə ölən müğənnini “diriltmək” qanunidirmi? CƏZALAR

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Süni intellekt texnologiyalarının inkişafı vəfat etmiş sənətçilərin səsini yenidən eşitməyi mümkün edib. Artıq xüsusi proqramlar vasitəsilə illər əvvəl dünyasını dəyişmiş müğənninin səsinə bənzər ifa yaratmaq, onun heç vaxt oxumadığı mahnını səsləndirmək, hətta sanki sağlığında danışırmış kimi audioyazılar hazırlamaq mümkündür.

Bəs vəfat etmiş sənətçinin səsini ailəsinin icazəsi olmadan süni intellektlə canlandırmaq qanunidirmi? Belə səsyazılarından pul qazanmaq olarmı və hüquq pozuntusuna yol verənləri hansı cəzalar gözləyir?

Lent.az mövzunun hüquqi tərəflərini araşdırıb.

Ölən sənətçinin səsi kimə məxsusdur?

Vəfat etmiş müğənninin səsindən istifadə məsələsində bir neçə amilə ndiqqət etmək lazımdır. Bunlara musiqi əsərinin müəlliflik hüququ, ifanın qorunması, səs yazısının hüquqi statusu və şəxsin səsinin onun kimliyini müəyyənləşdirən xüsusiyyət kimi istifadəsi daxildir.

Məsələn, müğənninin köhnə səsyazısından bir hissəni götürərək yeni mahnıda istifadə etməklə onun səsini süni intellekt vasitəsilə təqlid etmək eyni hüquqi əməl deyil. Birinci halda mövcud səsyazısının və ifanın hüquqları gündəmə gəlir. İkinci halda isə səsin təqlidi, dinləyicinin aldadılması, şəxsin nüfuzuna mümkün zərər və kommersiya istifadəsi kimi məsələlər ortaya çıxır.

Vəfat etmiş sənətçinin varisləri müəyyən müəlliflik və əlaqəli hüquqları miras qaydasında əldə edə bilərlər. Lakin bu, hər bir halda həmin şəxsin səsinin bütün mümkün süni intellekt təqlidlərinə avtomatik müstəsna hüquq verilməsi demək deyil.

Azərbaycanda süni intellektlə səs yaratmağa görə hansı cəzalar var?

2026-cı ildə Azərbaycan qanunvericiliyinə süni intellekt vasitəsilə saxta foto, video və audio materialların hazırlanması ilə bağlı mühüm dəyişikliklər edilib.

Cinayət Məcəlləsinə əlavə olunan 148-2.1-ci maddəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə reallığı əks etdirməyən materialların süni intellekt vasitəsilə hazırlanması, yaxud qanunda göstərilən qaydada yayılması cinayət məsuliyyəti yarada bilər.

Bu əmələ görə aşağıdakı cəzalar nəzərdə tutulur:

3 000 manatdan 7 000 manatadək cərimə;

360 saatdan 480 saatadək ictimai işlər;

3 ilədək azadlığın məhdudlaşdırılması;

3 ilədək azadlıqdan məhrumetmə.

Süni intellektlə hazırlanmış mahnı olduğu bildirilməlidirmi?

2026-cı ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavə edilən 13-2.7-ci maddəyə əsasən, süni intellekt vasitəsilə hazırlanmış foto, video və audio materiallar kütləvi nümayiş etdirildikdə onların bu texnologiya ilə hazırlandığını göstərən aydın və asanlıqla görünən nişanlanma olmalıdır.

Bu tələb dinləyicilərin süni intellektlə yaradılmış materialı həqiqi səsyazısı ilə qarışdırmasının qarşısını almağa yönəlib.

Müəlliflik hüququ pozularsa, hansı məsuliyyət yaranır?

Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəlliflik və ya əlaqəli hüquqların qanunda göstərilən formada pozulması və bunun nəticəsində xeyli miqdarda ziyan vurulması cinayət məsuliyyəti yarada bilər.

165.1-ci maddədə 1 000–2 000 manat cərimə və ya 320–480 saat ictimai işlər nəzərdə tutulur.

Əməl təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə 165.2-ci maddəyə əsasən, 2 000–4 000 manat cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə də daxil olmaqla alternativ cəzalar tətbiq oluna bilər.

Ailənin icazəsi kifayətdirmi?

Vəfat etmiş sənətçinin ailəsinin razılığı vacib hüquqi və etik amil ola bilər. Bununla belə, ailənin icazəsi hər vəziyyətdə bütün hüquqi məsələləri həll etmir.

Məsələn, sənətçinin səsindən istifadə edilərək yeni mahnı hazırlanırsa, həmin mahnının söz və musiqi müəlliflərinin, mövcud səsyazısından istifadə olunursa, onun hüquq sahibinin icazəsi də tələb oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri