Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir.
Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar.
Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında və media haqqında qanunlara dəyişikliyi təsdiqləyib.
Baku TV-nin mövzu ilə əlaqədar paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar qanuna edilən dəyişikliyi müsbət qarşılayıblar. "İmkan verilməməlidir ki, kiminsə icazəsi olmadan şəkilləri haradasa paylaşılsın", "Dostlarımın şəkillərini paylaşıblar, başqasının adı ilə yazıb, pullarını da alıblar", - deyə sakinlər bildiriblər. İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssisi Asim Namazov isə məsələyə belə münasibət bildirib:
"Son dövrlərdə süni intellekt vasitəsilə insanların görüntüsündən və səsindən istifadə edərək saxta videoların hazırlanaraq yayılması çox artıb. Bu cür hallar insanların nüfuzuna və imicinə ciddi zərər vura bilər. Bəzən bir saxta video, yaxud şəkil insanın iş həyatına, ailə münasibətlərinə, hətta şəxsi həyatına mənfi təsir göstərə bilər. Bu kimi videoların geniş auditoriyaya sürətlə çatması insanların psixoloji təzyiqə məruz qalmasına və cəmiyyət tərəfindən yanlış anlaşılmasına gətirib çıxarır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 09 May 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















