Icma.az
close
up
RU
Süni intellektlə saxta qəza görüntüsü: Sığorta şirkətləri belə aldadılır

Süni intellektlə saxta qəza görüntüsü: Sığorta şirkətləri belə aldadılır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Dövrümüzün əsas və bəzi məsələlərdə təhlükəli mövzusu süni intellektdir.

Belə ki, hər gün sosial şəbəkələrdə süni intellekt vasitəsilə edilən dələduzluqlara rast gəlirik. Bunlardan biri də saxta qəza şəkilləri yaradılaraq sığorta şirkətlərinin aldadılmasıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sığorta eksperti Vüsal Kərimov bildirib ki, son zamanlarda cəmiyyətdə yayılan süni intelekt vasitəsi ilə saxta sığorta hadisələri tərtib edilməsi ilə bağlı xüsusi narahatlıqlar var.

V.Kərimovun sözlərinə görə, bu halların baş verməsi təkcə sığorta şirkətlərinin zərərə uğraması ilə deyil, həm də etibarlılığını aşağı salmaq ehtimalı ilə nəticələnir.

Ekspert bildirib ki, bu zaman sığorta şirkətləri və hadisələri qeydiyyata alan qurumların üzərinə böyük məsuliyyət düşür. Ekspert izah edib ki, həmin dələduzluq etmək istəyən şəxslər sığorta şirkətlərini və sığorta hadisələrini qeydiyyata alan qurumların əməkdaşlarını bu və ya digər yollarla aldatmağa çalışacaqlar.

Müsahibimiz bildirib ki, Mülki Məcəllənin 923.1 maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

“Bundan əlavə Mülki Məcələnin 923.2. maddəsində sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1 maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalı olması qeyd edilib. Mülki Məcəllənin 923.3. maddəsində sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməli olması qeyd edilir. Əlavə olaraq Mülki Məcəllənin 923.4. maddəsində isə bu Məcəllənin 923.1 maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi, sığorta hadisəsi barədə məlumatlandırılma hesab edililməsi nəzərdə tutulub”,- deyə həmsöhbətimiz əlavə edib.

Vüsal Kərimov, sığorta eksperti

Vüsal Kərimov vurğulayıb ki, sığortalı və ya sığortaolunan şəxs baş vermiş hadisə barəsində dərhal sonra və ya ən qısa müddətdə həm sığorta şirkətinə, həm də hadisə barəsində məlumatlandırılmalı səlahiyyətli dövlət orqanına hadisəni qeydiyyata alınması üçün məlumat verməlidir. Əks təqdirdə Mülki Məcəllənin 935.1.1 maddəsinə əsasən Sığorta ödənişinin verilməsindən imtinaya əsas ola bilər:

“Bundan əlavə onu qeyd etmək istəyirəm ki, hazırda respublikamızın istənilən bölgəsində dövlətimiz tərəfindən quraşdırılan xüsusi kameralar vasitəsi ilə və hüquq mühafizə orqanlarının əməkdaşlarının xüsusi peşəkarlığı ilə baş verən hadisələri araşdırmaq, onların qarşısını almaq imkanı vardır. Zənnimcə, bu cür dələduzluq halların baş verməsi üçün həmin sığorta şirkətinin əməkdaşı və ya hadisəni qeydiyyata alan səlahiyyətli orqanın əməkdaşının əlbir olması nəticəsində ola bilmə ehtimalı ola bilər. Bu səbəbdəndə düşünürəm ki, bu kimi halların kütləvi halda, narahat doğuracaq şəkildə olması riski çox azdır”.

Dediyinə görə, bu halların baş verməməsi üçün sığorta şirkətlərinin əməkdaşları və hadisələri qeydiyyata alan dövlət qurumlarının əməkdaşları birgə əməkdaşlıq edərək hadisələri düzgün araşdırıb müsbət nəticə əldə edə bilərlər.

“Əlavə olaraq sığorta şirkətləri də, bu tip hadisələrin qarşısının alınması məqsədi ilə xüsusi alqoritmlərə əsaslanan saxta foto və video görüntüləri aşkarlayan proqram təminatları əldə edə bilərlər. Onu da qeyd etmək istəyirəm ki, sığorta şirkətlərinin əməkdaşları sığorta hadisəsi ilə bağlı tələb olunan sənədləri sorğu əsasında tələb edib o formada qəbul etməli və ya səlahiyyətli dövlət orqanın sənədləri daxil etdiyi rəsmi proqram təminatı vasitəsi ilə əldə etmələri tövsiyyə olunur”,- deyə Vüsal Kərimov fikrini tamamlayıb.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri