Icma.az
close
up
RU
Süni mayalanmaya ehtiyac reallıqda olan rəqəmlərdən qat qat çoxdur İnfeksionist

Süni mayalanmaya ehtiyac reallıqda olan rəqəmlərdən qat qat çoxdur İnfeksionist

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 392 qadın süni mayalanma (ekstrakorporal mayalandırma) ilə uşaq dünyaya gətirib.

Bu barədə Dövlət Statistika Komitəsinin statistikasında məlumat veriılib. 

Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır:

"Həmçinin ekstrakorporal mayalandırma nəticəsində 2021-ci ildə 391, 2022-ci ildə 395 qadınının hamiləliyi doğuşla başa çatıb" - deyə Komitədən bildirilib.

Bəs, süni mayalanma ilə ana olanlarının sayının artıb-azalmasının səbəbi nədir? 

Sualımıza cavab verən həkim-infeksionist Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında uşaqların süni mayalanma ilə doğulmasının bir neçə faktorla bağlı olduğunu deyib:

"Süni mayalanma ilə uşaqların doğulmasının səbəblərindən biri ekoloji faktor, səhələrdir. Bu səbəblərdən qadın və kişilərdə fertilliyin, yəni nəsil törətmə qabiliyyətinin emməsidir. Bununla yanaşı çox təəssüflər olsun ki, gənc oğlanlarda spermografiyada çox ciddi dəyişikliklər, çatışmazlıqlar görünür. Problem bununla da bitmir. Belə ki, qadınlarda ekoloji səbəblərdən "yumurtalığın vaxtından əvvəl köhnəlməsi" deyilən bir sindrom var. Hətta gənc qadınlarda belə yumurtalığın köhnəlməsi onun fertilliyini, yəni nəsil törətmə qabiliyyətinə emməsinə və itməsinə gətirib çıxara bilər".

Bütün bu ekoloji faktorlara bağlı səbəblər də bunun üzərinə gəldikdə əlbəttə ki, sünni mayalanmaya miraciət edənlərin sayı artacaq”.

Həkim süni mayalanmanın maddi cəhətdən xeyli vəsait tələb etdiyini üçün bu sahəyə müraciət etməyən ailələrin olduğunu da bildirib:

"Nəzər alsaq ki, süni mayalanmaya müxtəlif səbəblərdən hamı miraciət etmir. Bəziləri vəziyyətlə barışır, dayanır, bəziləri hələ də gözləyir və s. o baxımdan da süni mayalanmanın özü də xeyli vəsait tələb etdiyinə görə çox adamın bu prosedura getmək imkanı yoxdur. Bu faktorları da nəzərə alsaq, deyə bilərik ki, süni mayalanmaya ehtiyac reallıqda olan rəqəmlərdən qat-qat çoxdur". 

Həkim süni mayalanma ilə doğulan körpələrun sağlamlıq vəziyyətindən danışarkən bildirib ki, iki hüceyrə ata və anadan genetik informasiya daşıyıcılardır:

"İstər süni mayalanma olsun, istər təbii mayalanma zamanı iki hüceyrənin birləşməsindən söhbət gedir. Hər iki hüceyrə ata və anadan genetik informasiya daşıyıcılardır və bunlar bütün bir orqanizmi formalaşdırırlar. Süni mayalanma şəraiti, yəni "ekstrakorporal" - bədəndən kənar mayalanmalar təbii mayalanma qədər effektiv sayılmaya bilər. Yəni, müxtəlif xəstəliklərin gələcəkdə yaranmasını da bununla əlaqələndirirlər ki, bura "autimmun" və digər xəstəliklər aiddir. Bildirilir ki, gələcəkdə bu faktorlar həmin uşaqlarda daha çox ola bilər. Amma hələlik bu istiqamətə tədqiqatlar davam edir və düşünürəm ki, bu, elmin bir inkişafıdır və hər halda bu yolla da xeyli ailələrin üzü gülür, xeyli ailələr uşaq sahibi olduğu üçün dağılmır".

Günel Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri