Supermarketlərə girmək üçün əlavə pul ödəyirlər Deputat problemin səbəbini açıqladı
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Razi Nurullayev bu gün Azərbaycanda kiçik sahibkarların, ailə təsərrüfatlarının və yerli istehsalçıların quş əti, yumurta, süd, meyvə, konserv, tekstil, balıq və digər məhsullar üzrə geniş istehsal potensialına malik olduğunu, lakin onların üzləşdiyi əsas problemin məhsul istehsal etmək deyil, onu satmaqdan ibarət olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentarinin sözlərinə görə, məhsul hazır olduqdan sonra onun harada saxlanacağı və necə satışa çıxarılacağı məsələsi çox vaxt istehsalçının öz üzərinə düşür, eyni zamanda kiçik sahibkarların böyük supermarketlərə çıxış, qablaşdırma, saxlama və daşıma imkanları yetərli deyil. Nəticədə keyfiyyətli məhsul istehsal olunsa da, istehsalçı bundan lazımi iqtisadi faydanı əldə edə bilmir.
Bu məsələnin ölkənin iqtisadi siyasətində ayrıca istiqamət kimi nəzərdən keçirilməsini zəruri sayan R.Nurullayev ilk növbədə dövlət satınalmalarında kiçik yerli istehsalçıların iştirak imkanlarının genişləndirilməsini vacib hesab edib. O bildirib ki, məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər dövlət müəssisələri məhsul aldıqda satınalmaların mümkün olan hallarda kiçik lotlara bölünməsi ailə təsərrüfatlarının və kiçik sahibkarların bazara çıxışını xeyli asanlaşdırar. Online alış-veriş
İkinci mühüm məsələ kimi supermarketlərlə münasibətlərə toxunan deputat kiçik istehsalçıların böyük satış şəbəkələrinə daxil olmaq üçün əlavə ödənişlər və əlverişsiz müqavilə şərtləri ilə üzləşdiyini qeyd edərək, bu münasibətlərdə şəffaflığın təmin edilməsinin, ödəniş şərtlərinin yaxşılaşdırılmasının və yeni istehsalçılar üçün əlverişli satış imkanlarının yaradılmasının zəruriliyini vurğulayıb.
R.Nurullayev, həmçinin sertifikatlaşdırma, laboratoriya müayinəsi və qablaşdırma xərclərinin kiçik istehsalçılar üçün ciddi maliyyə yükünə çevrildiyini diqqətə çatdıraraq, mikro və kiçik sahibkarlara bu xərclərin qarşılanması istiqamətində dövlət dəstəyinin göstərilməsini, eləcə də regionlarda məhsulların qablaşdırılması və sertifikatlaşdırılması üzrə xüsusi mərkəzlərin yaradılmasının nəzərdən keçirilməsini təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Noyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















