Süpürgəçilərin maaşından 100 manat niyə kəsilib? Nərimanov İHdən açıqlama (VİDEO, YENİLƏNİB)
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Nərimanov Rayonu üzrə Mənzil Kommunal Təsərrüfat Birliyində çalışan işçilərin maaşlarının kəsildiyi bildirilir.
Mia.az xəbər verir ki, bu barədə Nərimanov ərazisində süpürgəçi işləyən qadınların sosial şəbəkələrdə yaydıqları etiraz videosunda deyilib.
Onlar Prezident İlham Əliyevə müraciət edərək bildiriblər ki, Nərimanov Rayonu üzrə Mənzil Kommunal Təsərrüfat Birliyi maaşlarından aylardır 100 manat kəsir, hələ yanvar ayınadək də maaşlarının kəsiləcəyi deyilib.
Sosial şəbəklərdə digər fəhlələrin yaydıqları məlumatlara görə, son üç il ərzində ilin son aylarında maaşlardan, məzuniyyət məbləğlərindən kəsintilər olub. Haqlarını tələb edən işçilər “qarışıqlıq salma” bəhanəsi ilə xüsusi bəndlərlə işdən çıxarılıblar. Onların gün ərzində 16-17 saat işləməyə məcbur edildiyi hallar da olub. İşçilərin tələbi işə geri qaytarılmaları, maaşlarının kəsilməməsi, normal iş mühitinin təmin edilməsidir(Pravda).
***
Nərimanov Rayon İcra Hakimiyyətindən Mia.az-a açqlama verilib.
Açıqlamada deyilir: "Məsələ ilə əlaqədar aidiyyəti qurumdan bildirilib ki, süpürgəçilərin əmək haqları büdcədən ayrılmış vəsait hesabına ödənilir. İlin sonuna doğru bir sıra problemlər yaransa da, oktyabr ayı üçün əmək haqlarının əvvəlki qaydalarla ödənilməsi təmin edilmişdir".
Baxış sayı:118
Bu xəbər 14 Noyabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















