Icma.az
close
up
RU
Suqovuşanda oftalmoloji aksiya keçiriləcək

Suqovuşanda oftalmoloji aksiya keçiriləcək

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Avtomobil Səyyar Klinikası Suqovuşanda tibbi aksiya keçirəcək.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, aksiyanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan və tibbi xidmətlərə çıxış imkanları məhdud olan əhalinin göz sağlamlığının qorunmasıdır.

Tədbir çərçivəsində oftalmoloji müayinələr aparılacaq, görmə ilə bağlı problemlərin vaxtında aşkarlanması və mümkün hallarda ilkin müalicə təmin ediləcək. Müayinələr zamanı aşkarlanan ağır xəstələr isə daha geniş diaqnostika və müalicə imkanlarının mövcud olduğu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndiriləcəklər.

Qeyd edək ki, müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunmuş Avtomobil Səyyar Klinikası 2005-ci ildən fəaliyyət göstərir. Bu klinikanın yaradılmasında əsas məqsəd vətəndaşların vaxt itirmədən, yaşadıqları bölgələrdə keyfiyyətli tibbi xidmətlərdən faydalanmalarına şərait yaratmaqdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi illərdir ölkənin müxtəlif regionlarında humanitar tibbi aksiyalar həyata keçirir və bu tədbirlərin sayı ildən-ilə artır. Mərkəzin bütün filialları ən müasir texnologiyalarla təmin olunub, burada təcrübəli və beynəlxalq təlimlər keçmiş həkim-oftalmoloqlar fəaliyyət göstərirlər.

Bundan əlavə, səyyar xidmətlərin daha da genişləndirilməsi məqsədilə 2018-ci ildən etibarən Dəmiryolu Səyyar Klinikası da əhaliyə xidmət göstərməyə başlayıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə (050) 891 94 51 və (012) 568 28 90 telefon nömrələrinə zəng etməklə əlaqə saxlamaq olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see496

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see360

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see356

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see337

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see336

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see334

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see306

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see306

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see297

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see292

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see292

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see287

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see283

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see274

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see252

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see237

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see227

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see223

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri