Icma.az
close
up
RU
SUQOVUŞANDA GÜN İŞIĞI

SUQOVUŞANDA GÜN İŞIĞI

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın ən gözəl, ən füsunkar yeri təbii ki, insanın anadan olduğu, böyüyüb boya-başa çatdığı torpaqdır. Ona Vətən deyirlər.  Vətənin isə şirinliyindən, gözəlliyindən heç vaxt doymaq  olmur. Və Vətəndən ayrı düşəndə həsrətdən, kədərdən, dərddən adamın dodağı dörd yerdən çatlayır. Əlbəttə, bu dərdi, bu kədəri Vətəndən uzaq düşən, onun həsrətini çəkən insanlar daha yaxşı bilirlər.

Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunandan sonra Suqovuşan kəndinin sakinləri də didərgin düşdülər. Onlar öz ana yurduna, torpağına, çeşməsinə, suyuna, gülünə-çiçəyinə həsrət qaldı. O torpaqda erməni faşistləri elə bir cinayət törətdilər ki, bu heç vaxt yaddan çıxan deyil. Və o torpağa  şəhidlərimizlə yanaşı dinc insanların da qanı töküldü. O qan elə-belə qan deyildi, güllərə, lalələrə dönüb yenidən baş qaldırırdı. Bəlkə də bunu erməni faşistləri  bilirdilər və görürdülər. Amma onlar bu gözəlliklərdən, bu güllərdən, çiçəklərdən, yaşıllıqlardan və ağaclardan zövq almaq əvəzinə onların hamısını  məhv edirdilər. Harda çinar  ağacı vardı, harda palıd ağacı vardı, harda qoz ağacı vardı və harda  iri gövdəli, qolu-budaqlı ağaclar  vardı hamısını kəsib aparırdılar. Hətta bulaqlarımızı, çaylarımızı, torpağımızı belə zəhərləyirdilər. Biz görmüşük ki, insan torpaqda ağac əkər, gül əkər, çiçək əkər, amma ermənilər  işğal etdikləri Azərbaycan ərazilərindəki  yerlərə mina əkirdilər. Bu minaların sayı yüz minlərlədir və bəlkə də bir milyondan çoxdur.

Bax, Suqovuşan camaatı da 30 ildən çox Vətən həsrətini belə ağrı-acı, dərd və kədərlə yaşadılar. Onların gecələr yuxuları da ərşə çəkilirdi. Və bir balaca gözlərinə  yuxu gələndə Suqovuşanı görürdülər – yanmış, dağılmış evlərini, eşiklərini görürdülər. Yuxularında da görürdülər ki, yaşadıqları kəndin daşı-daş üstə qalmayıb, amma Allah-Təala ermənilərin bizim xalqa yaşatdığı bu zülmə çox dözmədi və onların  bizim millətə verdiyi əzab-əziyyəti Azərbaycan prezidenti İlham Əliyevin və Ordumuzun gücü ilə yağı düşmənə qaytardı. Onlar bizə nə yaşatmışdılarsa hamısı  2020-ci il 44 günlük İkinci Qarabağ savaşında  onun əvəzini aldılar. Yəni Azərbaycan əsgəri Xocalının, Ağdamın, Füzulinin, Qubadlının, Kəlbəcərin, Laçının, Şuşanın… qisasını erməni əsgərlərindən aldılar.

Axır ki Suqovuşanı da gün işığı  isitdi. Belə ki bir neçə gün bundan əvvəl həmin kəndin 54 ailəsi, yəni 178 sakini doğma yurda döndü. Bu yurda dönmək,  bu yurda qayıtmaq o kəndin adamları  üçün cənnətə düşmək kimi bir şeydi. Çünki cənnət elə Vətəndi. Vətən yoxsa cənnət də yoxdur. Aydındır ki, Azərbaycan dövləti  və konkret olaraq Ali Baş Komandan, cənab prezident İlham Əliyev  işğaldan azad olunmuş bütün yaşayış sahələrində böyük quruculuq  və abadlıq işlərinin aparılmasına dair göstəriş verdi. Elə ilk gündən həmin şəhərlərdə, qəsəbələrdə və kəndlərdə çox böyük quruculuq işlərinə başlandı. Belə yaşayış yerlərindən biri də Suqovuşandır. Orda insanların yaşayışı və hərtərəfli istirahəti üçün bütün infrastruktur qısa zaman kəsiyində inşa edildi. Kəndə asfalt yol çəkildi.  Bir-birindən gözəl yaşayış binaları, sosial obyektlər, xəstəxana, uşaq bağçası, məktəb tikildi. Təbii ki, doğma yurda qayıdan insanlar bu gözəl mənzərələri görəndə istər-istəməz onların uçmağa qanadları olmadı. Suqovuşan kəndinin  sakini  Nərminə Məmmədova deyir ki, mən həmişə kəndimizi yuxularımda görərdim. Özü də görərdim ki, köhnə evimizdəyik, evimiz yanıb, sadəcə divarları qalıb. Bəli, biz bura gəldik, ermənilərin  vəhşiliklərinin şahidi olduq. Amma  onun da şahidi olduq ki, Azərbaycan prezidenti İlham Əliyev biz kənd camaatı  üçün hər cür şərait yaradıb. Bizə çox yaraşıqlı və hər cür şəraiti olan üçotaqlı mənzil verilib. Evə girəndə gözlərimizə inanmadıq. Heç Bakıdakı təzə evlərdən fərqlənmir. Hər şey gözəldir, evin divar kağızları da, döşəməsi də, tavanı da, mətbəxdəki işlər də  hamısı yüksək səviyyədə  inşa edilib. Sevincimdən gözlərim doldu. Evimizin qapısından, divarından öpdüm. Sonra həyətə  çıxıb doyunca kəndimizin  təmiz havasını uddum. Adama ləzzət eləyirdi. Həyat yoldaşım və balalarım da sevinc içindəydi. Bəlkə də bizim kənd dünyanın ən gözəl kəndidir. Kənddə bütün ağaclar çiçək açıb, yarpaqlayıb, hər tərəf yaşıllıq içindədir. Ot adamın dizinə qədər böyüyüb. İstəyirsən ki, elə bu yaşıllıqların üstündə də uzanasan. Yaxşı qanqal da bitib, elə doyunca qanqal da yedik.

Suqovuşanın başqa bir sakini Əhəd Alıyev də sevincini gizlədə bilmir. Əhəd kişi deyir ki, Zəngilana, Füzuliyə, Şuşaya  və digər yerlərə insanlar qayıdandan sonra biz də kəndimizə dönməyi böyük sevinclə gözləyirdik. Gözləyirdik ki, görəsən nə vaxt  kəndimizə  gedəcəyik. Allah bu xoş günü bizə qismət elədi. Min şükür, indi də ailəm, balalarım, nəvələrimlə bir yerdə bizə ayrılmış bu yaraşıqlı mənzildə yaşayırıq. Özü də bu yaz  günündə kəndə köçməyin özgə bir ləzzəti, özgə bir zövqü, özgə bir gözəlliyi var. Əlbəttə,  biz bura gələndə çox sevindik. Dövlətimizi və cənab prezidentimizi Allah qorusun. Çünki artıq  bizə Suqovuşanda yaşamaqla yanaşı, iş yerləri də yaradılıb. Təbii ki, bu şəraitin yaradılması hər birimizdə sabaha olan sevgini və ümidi daha da artırır. Ən azından ona görə ki, xeyli həyətyanı sahəmiz var və  burda müəyyən tərəvəz məhsulları  əkə biləcək, onun bəhrəsini  görəcəyik. Biz kənd adamlarıyıq ey, həmişə torpağa bağlı insanlar olmuşuq. Gücümüz nəyə çatıbsa onu əkmişik və əkdiyimiz məhsulları  yeyəndən sonra artığını bazara çıxarmışıq və qohum-əqrəbaya vermişik. Aydındır ki, belə bir gözəl şəraitin  mövcudluğu bizdə qurub-yaratmaq eşqini daha da gücləndirir.

Suqovuşan kəndinin hansı sakini ilə söhbət etdiksə, onlar  bir fikri xüsusilə vurğuladılar. Hamı bir ağızdan dedi ki, bizi bura qaytaran Ali Baş Komandan, prezident İlham Əliyevə və Ordumuza minnətdarıq! Bu torpağın hər qarışında şəhidlərimizin və qazilərimizin qanı var. İndi baxırıq güllərə, çiçəklərə, lalələrə elə bilirik ki, şəhidlərimizdi, torpaqdan yenicə boylanırlar. Onların boyuna qurban olaq və hər yandan, hər güldən, hər çiçəkdən, hər lalədə onların qoxusu, ətri gəlir!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Aprel 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri