Icma.az
close
up
RU
Suraxanıda 600 dən yuxarı bal toplayan məzunlarla görüş Fotolar

Suraxanıda 600 dən yuxarı bal toplayan məzunlarla görüş Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2025/2026-cı tədris ilinin yekunlarına həsr olunmuş təhsil konfransında qəbul imtahanlarında yüksək balla ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə organlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müəllimlər və məzunlar iştirak ediblər.

Tədbirdə çıxış edən Adil Əliyev rayon üzrə təhsil sahəsində əldə olunan uğurları diqqətə çatdıraraq, 600-dən yuxarı bal toplayan məzunların qazandığı nəticələri yüksək qiymətləndirib. RİH başçısı qeyd edib ki, gənclərin belə böyük müvəffəqiyyətlər əldə etməsi yalnız onların deyil, həm də valideynlərinin, müəllimlərinin və bütövlükdə rayon təhsilinin böyük uğurudur. Adil Əliyev gənclərin gələcəkdə savadlı, yüksək ixtisaslı kadr kimi yetişərək müstəqil Azərbaycanın inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə mühüm töhfələr verəcəklərinə əminliyini bildirib, onlara növbəti təhsil pilləsində və gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayıb və səmimi təbriklərini çatdırıb.

Həmçinin tədbirdə çıxış edən Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov tələbə adını qazanmış məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, gənclərə gələcək təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıblar.

Məzunlar adından 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olan 270 nömrəli tam orta məktəbin məzunu Hacıyev Fuad İlham oğlu və 688 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olan Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı çıxış edərək yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara Suraxanı Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və mükafatlar təqdim olunub.














Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Sentyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri