Icma.az
close
up
RU
YAP Nərimanov rayon təşkilatında yüksək bal toplayan məzunlarla görüş keçirildi FOTOLAR

YAP Nərimanov rayon təşkilatında yüksək bal toplayan məzunlarla görüş keçirildi FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının qərargahında 2024/2025-ci tədris ilində Nərimanov rayon məktəbləri üzrə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatı Samir Vəliyev, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev tələbə adını qazanan məzunları ürəkdən təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Təşkilat sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu hər zaman xüsusi vurğulayıb: “Dahi Lider ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində ölkəmizdə təhsilin daha da inkişafı üçün dövlət proqramları icra olunur”.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. O, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlərin Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsi olduğunu qeyd edib.

Milli Məclisin deputatı Samir Vəliyev vurğulayıb ki, ölkəmizdə yüksək təhsilli kadrların yetişdirilməsi təhsil siyasətinin əsas məqsədlərindən biridir. O, Heydər Əliyev Fondunun təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirdiyini bildirib, Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb.

Tələbə adını qazanmış gənclər onlara yaradılan şəraitə, diqqət və qayğıya görə  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Sonda partiyanın ictimai-siyasi həyatında göstərdiyi fəal iştiraka görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova təşəkkürnamə, yüksək bal toplayan gənclərə hədiyyələr təqdim edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri