Suraxanıda altı xallıq qələbə, Sumqayıtda xallar bölündü
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Turan Tovuz” Premyer Liqanın XXI turunda “Zirə”ni məğlub edib – 2:0. Birinci hissəsini üstün oynayan tovuzlular 20 dəqiqəyə vurduğu iki qolla aktivinə üç xal yazdırdı. Tovuzlular fasiləyə qədər yenə qol vurmaq şansı yaxalamasına baxmayaraq, fürsətlər boşa verildi.
İkinci hissədə isə geridə olan “Zirə” daha aktiv oynadı. “Turan Tovuz”un sıx müdafiəsini yarmaqda çətinlik çəkən “qartallar” uzun ötürmələrə və uzaqdan zərbələrə üstünlük verdi. Lakin bu cəhdlər də boşa getdi.
Yekunda qələbə qazanan “Turan Tovuz” turnir cədvəlində rəqibini qabaqladı və üçüncü sıraya yüksəldi. Ehtiyatda daha bir oyunu olan qərblilərin fərqi daha da artırmaq imkanı var.
Günün digər matçında isə “Sumqayıt” “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşdı. Hər iki hissənin əvvəlində daha yaxşı təsir bağışlayan “kimyaçılar” qol imkanlarından yararlana bilmədi. “Qəbələ” birinci yarıda penalti hüququ qazansa da, meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov qurtarışıyla komandasının xal qazanmasında mühüm rol oynadı.
Hər iki tərəf ümumi planda pis təsir bağışlamadı. İkili mübarizələrin daha çox olduğu görüşdə ədalətli nəticə məhz bərabərlik idi.
Şahin Cəfərov
Baxış sayı:133
Bu xəbər 21 Fevral 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















