Icma.az
close
up
RU
Suraxanıda ÇL hazırlığı

Suraxanıda ÇL hazırlığı

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” Premyer Liqada növbəti qələbəsini qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “İmişli”ni məğlub edib – 2:0.

Çempionlar Liqasında “Çelsi” ilə oyunöncəsi Qurbanovun bu matçda ehtiyat oyunçulara şans verəcəyi gözlənilsə də, mütəxəssis əsas üzvləri meydana buraxdı. Mütəxəssis bu addımını futbolçuların tonusda qalmasını istədiyi üçün etdiyini bildirdi.

“Qarabağ” oyuna daha sürətli başlayan tərəf oldu. İlk dəqiqələrdən Zubirlə qol şansı yaxalayan “atlılar” ümumi oyunu üstün keçirdi. 9-cu dəqiqədə penaltidən fərqlənmək fürsəti yaxalayan “İmişli” Juninyonun ifasında uğursuzluq yaşadı. Mateuş Koxalski rəqibin hesabı açmasına imkan vermədi. Penaltiyə səbəb olan qolkiper bir növ günahını yudu.

“İmişli”nin bundan başqa şansı demək olar, olmadı. Bütün qüvvə ilə müdafiə olunan bölgə təmsilçisi ilk hissədə qapısını qola bağlaya bildi. Fasilədən sonra təzyiqi daha artıran və rəqibi səhvlərə məcbur edən “Qarabağ” iki qol vurmaqla akitivinə üç xalı yazdırdı.

Hesab 2:0 olsa da, “atlılar”ın daha çox qol vurmaq şansları var idi. Xüsusilə yarımmüdafiəçi Kadi Borgesin kifayət qədər imkanları oldu. Buna baxmayaraq, son zərbələrdə uğursuzluq və yanlış qərarlar Borgesin qol vurmasına əngəl oldu. Kadi meydanda bəlkə də, ən çox fərdi səhvə yol verən oyunçu oldu.

“Qarabağ” adına müsbət məqamlardan biri isə yayda heyətə cəlb edilən, ancaq zədələndiyi üçün kənarda qalan Joni Montielin debütü idi. 10-cu turda 4 dəqiqə oyun şansı qazanan ispan yarımmüdafiəçi qısa sprinti ilə də diqqət çəkdi.

Qarşıda “Qarabağ”ı daha ağır oyun gözləyir. Klublararası dünya çempionatının son qalibi “Çelsi”ni Bakıda qəbul edəcək “atlılar” yaxşı futbola arzu edir. İngiltərə klubu heyətinin keyfiyyətinə, Avropa təcrübəsinə görə qat-qat üstündür. Favorit onlardır, buna baxmayaraq, “Qarabağ” Avropa səhnəsində daha yaxşı bir oyun keçirməyi, London klubundan xal almağı arzulayır.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Noyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri