Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə (Video)
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Yolda iri çuxurlar əmələ gəlib... Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Suraxanı rayonu Oqtay Əliyev küçəsinin sakinləri deyirlər ki, çalalar təxminən1 ildir ki, yaranıb.
Sürücülər bildirirlər ki, yolda yaranan çalalar avtomobillərə ciddi ziyan vurmaqla yanaşı, ərazidə qəza riskinin artmasına da səbəb olur:
Suraxanı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən problemdən xəbərdardırlar. Qeyd olunan məsələ ilə bağlı İcra Hakimiyyəti tərəfindən Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib.
Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirildi ki, yaxın günlərdə sözgedən ərazidə cari təmir işləri həyata keçirilərək nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunacaq. Bununla yanaşı, ərazinin əsaslı təmirə ehtiyacı nəzərə alınaraq sözügedən küçə əsaslı təmirə ehtiyacı olan küçələrin siyahısına daxil edilib. Yaxın gələcəkdə burada əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Daha ətraflı videomaterialı təqdim edirik:
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 19 Sentyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















