Qəbiristanlıq gölə döndü: Sakinlər çıxılmaz vəziyyətdə VİDEO
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Paytaxt ərazisində bir neçə gün yağan aramsız yağış Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığın bir hissəsində ciddi problem yaradıb. Belə ki, ərazidə onlarla qəbir tamamilə suyun altında qalıb.
Turkustan.az xəbər verir ki, yaranmış vəziyyət həm dəfn, həm də ziyarət üçün qəbiristanlığa üz tutan sakinlərin haqlı narazılığına səbəb olub.
Onlar bildirirlər ki, bir neçə gün əvvəl vəziyyət daha da ağır olub, lakin son günlər havanın nisbətən açılması suyun səviyyəsini qismən azaldıb.
Şikayətçilər qeyd edir ki, qəbiristanlıqda hərəkət etmək demək olar mümkünsüzdür:
“Hardan keçək? Qayıq gətirək? Helikopterlə gələk? Üç gündür yalvarıram ki, texnika gətirib suyu çəksinlər. Heç kimin vecinə deyil”.
Məsələ ilə bağlı Mehdiabad bələdiyyəsindən bildirilib ki, problemin aradan qaldırılması istiqamətində artıq işlərə başlanılıb. Qeyd olunub ki, xüsusi texnika vasitəsilə kanallar qazılaraq suyun ərazidən kənarlaşdırılması həyata keçirilir.
Daha ətraflı süjetdə:
/Globalinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 31 Mart 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















