Suraxanıda gecə başlayan tikinti xaosu… VİDEO
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində axşam saatlarında aparılan böyük tikinti işlərri sakinlərin narahatlığına səbəb olub. İşin hansı şirkətin apardığı məlum deyil. Bununla bağlı heç bir məlumat lövhəsi də yerləşdirilməyib.
Pravda.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı və videonu jurnalist Natiq Muxtarlı sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, nəhəng tikinti işi axşam saat 8-də başlayır, səhər saat 6-da bitir:
“Bu kadrlar səhərə yaxın, saat 05:00-da çəkilib. Ətrafdakı binaların sakinləri əsl kabus yaşayırlar. Demək olar ki, səhərə qədər yatmırlar səs-küydən. Rəsmi qurumlara müraciətlər də cavabsız qalıb. Bütün rəsmi qurumlar rüşvətini alıb, gözünü yumub. Camaat bu şirkətin və rəsmi qurumların əmvatına “dua”lar oxumaqla məşğuldur bütün gecəni. Bu “dua”lardan sonra tikintidə bədbəxt hadisə olsa, bütün rəsmi qurumlar eyni anda gözlərini açıb deyəcəklər: Qanunsuz tikilirmiş”.


