Icma.az
close
up
RU
Suraxanıda hesabat yığıncağı keçirildi FOTOLAR

Suraxanıda hesabat yığıncağı keçirildi FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvar ayının 13-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının “Suraxanı rayonunun 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva və Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin məsul şəxsləri, qəsəbə nümayəndəlikləri, bələdiyyə sədrləri, ictimai birlik və siyasi partiya nümayəndələri, dini icmaların üzvləri, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri qoyulub. Daha sonra rayonda istehsal olunan məhsulların sərgisinə baxış keçirilib. 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tədbirdə geniş məruzə ilə çıxış edərək 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ilin prioritetləri haqqında məlumat verib. O qeyd edib ki, 2025-ci il Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ kimi yadda qalmış, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun davamlılığı ölkənin bütün istiqamətləri üzrə modern idarəçiliyə uyğunlaşmasına, sosial-iqtisadi inkişafın yeni mərhələsinə keçidə şərait yaratmışdır. Həyata keçirilən sistemli islahatlar, strateji layihələr və diplomatik təşəbbüslər 2025–2026-cı illər üçün yeni və daha geniş hədəflərin müəyyən olunmasına imkan vermişdir.

İclasda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, millət vəkilləri Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov və şəhid anası Xalidə Həmzəyeva çıxış etmişlər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat vermiş, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulamışdır.

Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmiş və müraciətin mətni Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsəllər şöbəsinin müdiri Könül xanım Axundova tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri