Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Suraxanı Rayon Polis İdarəsi (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşları ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsinə və talama cinayətlərinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş 31 yaşlı Kənan Qaçayev saxlanılıb. Ondan 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.
Keçirilən digər tədbir zamanı oğurluq cinayəti törədən əvvəllər məhkum olunmuş 20 yaşlı Anar Cəfərov və 27 yaşlı Əli İsmayılov saxlanılıblar. Onlar gecə saatlarında rayonun Zığ qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsini qıraraq mənzildən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlayıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Dekabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















