Sürət rejiminə əməl etməyən Opel BYD ni arxadan vurdu, baqajı yoxa çıxdı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin videosu anbaan nəzarət kamerasına qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Mərdəkan qəsəbəsində baş verib. Belə ki, "BYD" markalı avtomobilin sürücüsü svetoforun qadağanedici işığının yandığını görərək dayanmağa məcbur olub. Bu zaman arxadan gələn "Opel" markalı avtomobilin sürücüsü gəldiyi sürətlə onu arxadan vuraraq ağır qəzaya səbəb olub. Hadisə nəticəsində "BYD" markalı avtomobilin arxa hissəsi tanınmaz hala düşüb.
Sürücülərin yollarda qəzaya düşməsinin səbəblərindən biri də ara məsafəsini düzgün seçməmələridir. "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
Qeydə alınan bu qəzaya diqqətlə baxanda sürücünün kifayət qədər ara məsafəsini saxladığı aydın şəkildə görünür. Lakin o, əyləci basmadan gəldiyi sürətlə qarşısında dayanmış avtomobilə çırpılır. Buradan belə nəticəyə gəlmək olur ki,sürücü böyük ehtimal sükan arxasında mobil telefonla məşğul olub. Sürücülərə tövsiyə edirik ki, sükan arxasında olarkən diqqətiniz yalnız yolda olsun. Əks halda baş verən qəzaların iştirakçılarından biri ola bilərsiniz.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Oktyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















