Sürət yarışına çıxan sürücülər yolu bir birinə qatdı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sürət yarışına çıxan sürücülər kameraya düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə İngiltərənin Birminqem şəhərində qeydə alınıb.
Belə ki, “Audi” və "Mercedes" markalı avtomobillərin sürücüləri dar küçədə sürət yarışına çıxıblar. Bir müddət sonra küçədə hərəkətin yalnız sağa və sola olduğundan xəbərsiz olan "Mercedes"in sürücüsü düzünə hərəkət edərək əvvəlcə park edilmiş iki nəqliyyat vasitəsinə daha sonra isə divara çırpılıb.
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Zərbənin təsirindən nəqliyyat vasitələrdən biri həmin anda oradan keçən piyadaya dəyərək onu divara sıxışdırıb. Bundan əlavə də, yol kənarındakı işıq dirəyi də yerindən qoparaq “Audi”nin üzərinə aşıb.
Qəza nəticəsində piyada xəsarət alıb, 3 avtomobilə də ciddi ziyan dəyib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Mart 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















