Icma.az
close
up
RU
“Sürətli internet turizm sahəsinin inkişafına müsbət təsir göstərə bilər”

“Sürətli internet turizm sahəsinin inkişafına müsbət təsir göstərə bilər”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Azərbaycanda turizm sektorunda gəlirlər artsa da, xidmət keyfiyyəti ilə bağlı narazılıqlar azalmır. Xüsusilə regionlarda yerləşən hotel və qonaq evlərində infrastruktur, texnologiya və standartlaşdırılmış xidmətlə bağlı problemlər qonaq təcrübəsinə birbaşa təsir edir.

“Qafqazinfo” xəbər verir ki, turizm və qonaqlama eksperti Emil Qədirov ölkə turizmində xidmət keyfiyyəti, müştəri məmnuniyyəti, rəqəmsal platformalardan istifadə və internet infrastrukturunun real vəziyyəti barədə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Ölkə turizmində xidmət keyfiyyətini necə qiymətləndirirsiniz?

- Hazırda ölkədə 859 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir və onların böyük əksəriyyəti yerli, kiçik sahibkarlıq subyektləridir. Təxminən 20-yə yaxın beynəlxalq hotel brendinin 80 faizi Bakıda yerləşir, qalanları isə regionların payına düşür. Ümumilikdə 300-ə yaxın françayzinq nöqtəsi olsa da, hotel sektorunda bu model hələ tam formalaşmayıb.

Qonaqlama sənayesini şərti olaraq iki hissəyə ayırmaq olar. Şəbəkə hotellərində xidmət keyfiyyəti və daxili əməliyyatlarda ciddi problem, demək olar ki, yoxdur. Bunun əsas səbəbi beynəlxalq franşiza tələbləri, yazılı standartlar və sistemli idarəetmədir. Lakin bu obyektlər ölkə turizminin əsas hissəsini təşkil etmir.

Problemlər regionlarda yerləşən, şəbəkəyə daxil olmayan müstəqil hotel və qonaq evlərində daha çox müşahidə olunur. Burada standartlaşdırılmış xidmətlə fərdi yanaşma arasında balans qurula bilmir. Xüsusilə kadr çatışmazlığı və texniki xidmətin zəifliyi ciddi şəkildə hiss olunur. Bir çox hoteldə otaqlarda olan inventarların təxminən 40-45 faizi faktiki olaraq istifadəyə yararsızdır.

Gigiyena və qida təminatı da eyni problemlərlə üzləşir. Otaqlar lazımi səviyyədə təmizlənmir, ikinəfərlik otaqlarda gigiyenik vasitələr çox vaxt yalnız bir nəfər üçün təqdim olunur. Səhər yeməklərində çeşid azlığı, qidaların soyuq olması və servis prosesinin ləngliyi əsas narazılıq səbəblərindəndir.

Xidmət keyfiyyəti bu sektorun onurğa sütunudur. Biznes sistemləşmə və standartlar üzərində qurulmalıdır. Əgər rezervasiya, qəbul və mətbəx arasında vahid sistem yoxdursa, səhvlər qaçılmazdır. Yazılı xidmət standartları və müasir proqram təminatları olmadan bu problemlərin aradan qalxması mümkün deyil.

2024-cü ildə hotel sektorunda gəlirlər 42 faiz artsa da, müştəri məmnuniyyəti indeksi bu artıma uyğun gəlmir. Qonaqlar qiymətlərin yüksəldiyini, lakin xidmət səviyyəsinin dəyişmədiyini bildirirlər.

- Yeni müştərilərin cəlb edilməsi üçün müxtəlif platformalardan istifadə hansı səviyyədədir?

- 2025-ci ilin ilk yarısında ölkə üzrə orta doluluq göstəricisi 21,4 faiz, 2024-cü ilin yekunlarına görə isə 24 faiz olub. Bu göstərici 2023-cü ildə 20,1 faiz idi. Aqreqator platformalardan istifadə isə artmaqdadır. Yerli müəssisələrin bu platformalarda siyahıyaalınma sayı hər il təxminən iki dəfə artır.

Əvvəllər bu platformalardan əsasən xarici turistlər istifadə edirdisə, son illərdə yerli turistlər də aktiv istifadəçiyə çevrilib. Aqreqatorlar hotellər üçün ciddi trafik mənbəyi olmaqla yanaşı, həmin hotellə ilk dəfə qarşılaşan qonaqlarda xidmətin keyfiyyəti barədə ilkin təsəvvür formalaşdırır.

Problem ondan ibarətdir ki, bir çox region hotelləri bu platformalarda sadəcə mövcud olmaqla kifayətlənir. Rəylərlə işləmək, qonaqları rəy yazmağa təşviq etmək və standartları düzgün təqdim etmək istiqamətində kadr və yanaşma çatışmır. Nəticədə şikayətlərin 70 faizdən çoxu birbaşa hotel rəhbərliyinə deyil, “Google Reviews” və “Booking” kimi platformalara yazılır. Bu isə yeni müştəri qazanmağın maya dəyərini 5-6 dəfə artırır.

- Yeni texnologiyaların turizm sektorunda tətbiqi sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

- Texnologiyaların tətbiqi aktualdır, lakin əsas məsələ onların düzgün və məqsədyönlü istifadəsidir. Bu gün internetə qoşulmayan hotel və qonaq evi, demək olar ki, yoxdur. Problem isə internetin otaqlara və ümumi sahələrə keyfiyyətli şəkildə paylanmamasıdır.

Sürətli və stabil internet müasir qonaq üçün komfortun əsas elementlərindən biridir. Təəssüf ki, hotellərin əksəriyyəti daxili şəbəkənin qurulmasına lazımi diqqət yetirmir. Nəticədə qonaqlar otaqlardakı texniki imkanlardan tam istifadə edə bilmir.

Bəzi idarəçilər bu məsələnin xərc tələb etdiyini düşünərək prioritet hesab etmirlər. Halbuki düzgün qurulmuş daxili internet sistemi birbaşa və dolayı yolla gəlir yaradır. Təcrübə göstərir ki, bu cür sistemlər illik gəlirlərə təxminən 15 faiz təsir edir. Uzaqdan işləyən qonaqların qalma müddətinin uzanması bunun bariz nümunəsidir.

Statistik olaraq regionlarda hər 10 hoteldən ən az 8-də qonaqlar internetin keyfiyyətindən narazıdır. İnternet artıq kommunal xidmətdir və su, elektrik kimi hotelin bütün ərazisində əlçatan olmalıdır.

- İşğaldan azad edilmiş ərazilərin turizm potensialından istifadəni necə dəyərləndirirsiniz?

- İşğaldan azad edilmiş ərazilərdə turizm potensialından istifadə istiqamətində uğurlu layihələr həyata keçirilir və xidmət keyfiyyəti baxımından nümunəvi obyektlər formalaşır. 2026-cı ilin əvvəlinə olan rəsmi məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq 35 hotel fəaliyyət göstərir. Müqayisə üçün qeyd edim ki, 2024-cü ilin ortalarında bu rəqəm cəmi 17 idi. Bu artım regionda turizm infrastrukturunun sürətlə inkişaf etdiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri