Icma.az
close
up
RU
Suriya Colani ailəsinin şəxsi mülkünə çevrilib

Suriya Colani ailəsinin şəxsi mülkünə çevrilib

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriya Bəşər Əsəddən sonra yenidənqurma dövrünə qədəm qoymayıb. Ölkədə yenidən “ailə iqtisadiyyatı” formalaşıb: Əhməd əl-Şaraa (Colani) və onun yaxın adamları ətrafında formalaşan, qapalı dairədə idarə olunan iqtisadiyyat.

Reyting.az xəbər verir ki, arxasında əl-Şaraa qardaşlarının durduğu “gizli şəbəkə”də xarici elementlər də var. Yəni İdlibin silahlı qruplaşmasından Prezident Sarayına keçid Əsəddən sonrakı Suriyada hakimiyyətin əsl mahiyyətini ortaya qoyub.

Bəşər Əsədin devrilməsindən sonra “Həyat Təhrir əl-Şam” qruplaşması Suriyanın hərbi, təhlükəsizlik, təhsil və iqtisadi sahələrində nəzarətini genişləndirə bilib. Zahirən şuralar, komitələr və nazirliklər kimi mülki qurumlar işlərə rəhbərlik etsə də, reallıqda idarəetmənin əsas alətləri dar bir çevrənin ixtiyarındadır. Görünüşlə reallıq arasındakı bu uçurum daha çox iqtisadi sahədə özünü göstərir.

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ya bilavasitə onun tabeliyində fəaliyyət göstərən və ya qardaşı Maher əl-Şaraanın rəhbərlik etdiyi “Prezidentliyin Baş Katibliyinə” tabe olan yeni iqtisadi qurumlar şəbəkəsi yaradan bir sıra fərmanlar verib. Bu qurumlara İdxal və İxrac üzrə Milli Komitə, Sərhəd və Gömrük Baş İdarəsi daxildir. Suveren Fond, İnkişaf Fondu və Mülki Aviasiya Baş İdarəsi də həmçinin.

Bu qurumların bəziləri əvvəllər nəqliyyat, iqtisadiyyat və ya maliyyə kimi nazirliklərə tabe olsa da, indi yenidən “dizayn” edilib, digərləri isə tamamilə yeni sistemdən doğulub. Onların hamısında ortaq cəhət iqtisadi hakimiyyətin əl-Şaraa ailəsinin rəhbərlik strukturunda cəmləşməsidir.

Səlahiyyətsiz nazirlər və “dərin iqtisadi dövlət”

Kağız üzərində Suriya iqtisadiyyatını iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal al-Shaar, maliyyə naziri Məhəmməd Yaser Bərniyə və Mərkəzi Bankın rəhbəri Əbdülqadir əl-Husriyyə idarə edir.

Əl-Culaninin qardaşı Maher əl-Şaraa

Lakin iqtisadi fəallar, texnokratlar və məlumatlı mənbələr deyirlər ki, bu şəxslər sadəcə bürokratik vitrin paltarı geyinir və əsl qərarları əl-Şaraa qardaşlarının və görünməz bir fiqurun rəhbərlik etdiyi “dərin iqtisadi dövlət” verir - “Əbu Məryəm Avstraliya” kimi tanınan İbrahim Sukriyyə!

Bəs, “Avstraliyalı Əbu Məryəm” kimdir?

“Avstraliyalı Əbu Məryəm” kimi tanınan İbrahim Sukriyyənin yüksəliş hekayəti Əsəddən sonrakı Suriyada ən unikal və narahatedici məqamlardan biridir. O, Avstraliyada Akkardan olan livanlı ata və avstraliyalı ananın övladıdır və Brisben şəhərində böyüyüb.

Sukriyyə Suriyaya 2013-cü ildə, iğtişaşların ən qızğın vaxtında, qardaşı Əhmədin Dəməşqin kənarında kamikadze maşını partlatmasından bir gün əvvəl gəlib və Avstraliyanın ilk muzdlusu olub.

Digər qardaş Ömər 2016-cı ildə Avstraliyada “Nusra Cəbhəsi”ni maliyyələşdirdiyinə görə 4 il yarım həbs cəzasına məhkum edilmişdi ki, bu da bütün ailəni kəşfiyyat xidmətlərinin nəzarəti altına aldırmışdı.

Media xadimi, təhlükəsizlik xadimi...

İdlibdə Sükriyyə bir media fiquru olaraq ortaya çıxıb. “Regional idarəçilik”lə bağlı podkastlarda və sosial mediada ingilisdilli şərhçi kimi özünü “İbrahim Məsud” və ya “İbrahim bin Məsud” adları ilə tədqiqatçı və analitik kimi təqdim edib, hətta bəzi platformalarda zarafatla özünü “tacir, kriket həvəskarı və şaurma həvəskarı” kimi tanıdıb. Amma bu saxta görüntünün arxasında başqa reallıq dayanırdı.

Suriya mənbələrinə və çoxsaylı daxili hesabatlara görə, Sukriyyə 2020-ci ildən əvvəl HTS-də hərbi və təşkilat komandiri olub və “sektorun əmiri” titulunu alıb.

2022-ci ilin oktyabrında o, qrupun “Ümumi Nəzarət Komitəsinə”, yəni keçmiş HTS müftisi, hazırda prezidentin “dini məsləhət idarəsinə” rəhbərlik edən Əbdül Halim Atunun rəhbərlik etdiyi komitəyə qoşulub.

Sukriyyə, həmçinin “E-Clean” xidmətlər şirkətini idarə edib. İdlibdəki “Qurtuluş Hökuməti” ilə sıx bağlı olan bu şirkət iqtisadi idarəçiliklə bərabər, ona “Təhrir əl-Şam”ın hakim rollardan birini verirdi. 2023-cü ilin oktyabrında o, həmçinin qrupun texnologiya və kommunikasiya portfelinə cavabdeh olub və təsirini daha da artırıb. Onun adı Avstraliyanın terrorizmin maliyyələşdirilməsinə görə sanksiya siyahısında qalır. Kanberra Dəməşqdəki Prezident Sarayına girdikdən sonra belə bu məsələdən geri çəkilməyib.

Gizli komitə və paralel iqtisadiyyat

Beynəlxalq hesabatlara və sızan məlumatlara görə, Əsəd hökumətinin süqutundan sonra Sukriyyə Prezident Sarayında əsas fiqur olub və Suriya iqtisadiyyatını yenidən “dizayn” etmək üçün birbaşa Hazem əl-Şaraa ilə əməkdaşlıq edib. Media araşdırmaları onun missiyasının Əsəd dövründəki iş adamlarının və kapitalistlərin aktivlərini ələ keçirməkdən ibarət olan “gizli komitə”nin rəhbəri olması kimi qələmə verir.

Məlumatlı mənbələrə görə, komitə indiyədək daşınmaz əmlak, investisiya portfelləri və telekommunikasiya sektorundakı səhmlər də daxil olmaqla, təxminən 1,6 milyard dollar dəyərində aktivlərə, o cümlədən keçmiş hökumətə yaxın 3 böyük iş adamına məxsus təxminən 1,5 milyard dollarlıq aktivlərə nəzarət edib.

Fransanın “Intelligence Online” nəşri yazır ki, “Əbu Məryəm” indi prezident komitəsinə rəhbərlik edir, onun siyasəti bəzi mənbələr tərəfindən “pul üçün amnistiya” kimi təsvir edilir.

Komitə məhkəmə prosesi əvəzinə “nizamlama” adlı mexanizmdən istifadə edir, danışıqlarda hədəfə alınan iş adamı nağd pul ödəməsi və ya siyasi loyallıq bəyan etməsi və ya hər ikisi şərtilə öz aktivlərinin kiçik bir hissəsini saxlaya bilər.

Müsadirə olunan sərvətin əhəmiyyətli hissəsi birbaşa prezidentin rəhbərlik etdiyi yeni suveren sərvət fonduna köçürülüb. “Əbu Məryəm”, həmçinin rəqəmsal maliyyə sistemlərinin, o cümlədən “Sham Cash”-ın idarə olunmasına cavabdeh şəxs kimi qeyd edilib.

Təhdidlər və müsadirələr

“Əbu Məryəm”lə birbaşa əlaqədə olan iki suriyalı iş adamı şok təfərrüatları açıqlayıblar. Əsədin devrilməsindən sonra Dəməşqi tərk edən biznesmenlərdən biri deyir:

"Avstraliyalı Əbu Məryəm” mənə zəng edərək, sərvətimin 80 faizindən imtina etməli olduğum bir razılaşma təklif etdi. Bundan imtina edəndə bütün daşınar və daşınmaz var-dövlətimi müsadirə etməklə hədələdilər. Sonra razılaşdıq ki, bir neçə ay sonra müsadirə olmayacaq. Amma yenə də məni şantaj edib, bu dəfə bütün əmlakımı müsadirə etdilər”.

Onun sözlərinə görə, köhnə dostu olan maliyyə naziri Məhəmməd Yaser Bərniyyə ilə əlaqə saxlayıb, lakin nazir ürək-dirək vermək əvəzinə ona deyib:

“Bu hərəkətlər qanunsuzdur və heç bir hüquqi əsası yoxdur, lakin mənim onların qarşısını almağa gücüm çatmır”.

İş adamı ilkin ödənişin, yəni rüşvətin nağd şəkildə edildiyini vurğulayır, çünki komitə sonradan istinad oluna biləcək hər hansı bank köçürməsindən yayınır.

İkinci iş adamı da daimi təzyiq və qəsb altında aktivlərinin 80 faizindən imtina etməyə məcbur olduğunu və bu təzyiqin birbaşa “Əbu Məryəm”dən gəldiyini və Hazem əl-Şaraa tərəfindən koordinasiya edildiyini təsdiqləyib.

Başqa bir mənbə də suriyalı iş adamı Samir Həsənin yenidən həbs olunduğunu bildirib. O, “nizamlanmaya” və tələb olunan məbləği ödəməsinə baxmayaraq, Şamda yenidən zindana atılıb.

Bir ölkədə üç paralel iqtisadiyyat

Suriyalı iqtisadçı Məhəmməd Alabi deyir ki, ölkə iqtisadiyyatı indi üç paralel sistemə bölünür: mərkəzi hökumət iqtisadiyyatı, şimal-qərb (İdlib) iqtisadiyyatı və ölkənin şərqində Fərat iqtisadiyyatı.

Alabinin sözlərinə görə, onlardan hər birinin öz maliyyə, gömrük və inzibati strukturu var və bu vəziyyət Suriya iqtisadiyyatını vahid mərkəzi olmayan və istənilən milli siyasəti paralel təsir dairələrindən asılı vəziyyətə salıb.

İqtisadçı vurğulayır ki, nazirlərin praktiki olaraq heç bir qərar qəbul etmə səlahiyyəti yoxdur və iqtisadi qərarlar nazirliklər çərçivəsindən kənarda, prezident və ya qeyri-rəsmi komitələrdə qəbul edilir. Onun sözlərinə görə, hətta Mərkəzi Bank da paralel güc mərkəzlərinin nəzarəti altında fəaliyyət göstərir.

Digər iqtisadçı Yunis Kərim iqtisadi güc strukturunu üçpilləli piramida kimi təsvir edir: Prezident Katibliyindən Maher əl-Şaraa, Ali İqtisadi Şuradan Hazem əl-Şaraa rəhbərlik edir, “Heyət Təhrir əl-Şam” ilə əlaqəli inzibati təhlükəsizlik şəbəkəsi.

Onun sözlərinə görə, Prezident Katibliyi faktiki olaraq “paralel kabinet”ə çevrilib və ikilik formalaşıb: “yoxsullar dövləti” (nazirliklər) və “super dövlət” (əl-Şaraa ailəsinə bağlı elit qurumlar).

Kağız hökumət

Bu gün Suriyada müharibədən sonra dövlət institutlarını yenidən qurmaq əvəzinə, ölkə getdikcə şəbəkə və ailə idarəçiliyinə doğru sürüklənir. Nazirliklər mövcuddur, lakin onlar gücsüzdürlər; qərarlar qəbul edilir, lakin rəsmi qurumlarda deyil. Həqiqi hakimiyyət ailə üzvlərindən ibarət kiçik bir şəbəkənin əlindədir.

Həm Suriya xalqı, həm də xarici aktorlar üçün cavabsız qalan əsas sual sadə, lakin dərindir:

Qurumları boşaldığı, iqtisadiyyatı özəl şəbəkələrin əlində olduğu, gələcəyi dövlətin daxilində deyil, dövlətin üstündə duran şəxslərin qərarlarına bağlı olan bir ölkəni yenidən necə qurmaq olar?

Y. QACAR


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri