Icma.az
close
up
RU
Suriya ərazisində 3 yeni dövlət qurulacaq? Türkiyəli politoloqdan ÖZƏL AÇIQLAMA

Suriya ərazisində 3 yeni dövlət qurulacaq? Türkiyəli politoloqdan ÖZƏL AÇIQLAMA

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabitliyi pozulan və yenidən qızğın döyüşlərin məkanına çevrilən Suriyanın gələcəyi ilə bağlı bir çox ölkələrin çeşidli planları ortaya çıxıb. Bir əsr öncə Hələb, Dəməşq dövlətlərinin və Ələvilərin birləşməsi ilə yaradılan, hazırda başı daxili toqquşmalara qarışan bu ölkənin ərazisində 3 yeni dövlətin yaradılacağı bildirilir.
Bəzi proqnozlara görə, ölkədəki 5,5 milyondan artıq türkmanlar da öz müqəddəratlarını müəyyən edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:
Kreml Suriya böhranına necə reaksiya VERƏCƏK? - Rusiyanın dövlət müşavirindən ÖZƏL TƏHLİL


İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehinin ötən il Hələbdən başlayıb Mendelidə (İranla sərhəd) bitən ərazidə Türkmaneli Respublikasının yaradılmalı olduğu haqda çağırışları hazırda Türkiyə siyasi kluarlarında müzakirə olunur.
Bunlar nə dərəcədə real ola bilər? Suriyada türk dövlətinin yaradılması mümkündürmü?
Bizim.Media-nın bu haqda sualını cavablayan türkiyəli politoloq İsmayıl Tekpınar bildirib ki, hazırda Suriyada üç istiqamətli 3 qütbləşmə var.
Onun fikrincə, Türkiyənin Suriyada mövqeyi güclüdür:
“Bildiyiniz kimi,  Türkiyə Silahlı Qüvvələri sərhədlərimizi qorumaq üçün mübarizə aparır. Çünki Suriyadan sonra Türkiyəyə həmlələr gerçəkləşdiriləcəkdi. Türkiyə orada Amerikanın PKK-ya dəstəyini müəyyən qədər kəsdi. Suriyadan sonra növbəti əməliyyatın artıq Türkiyə sərhədlərində keçirilməsi planlaşdırılırdı. Biz sərhədlərimizi və oradakı əməliyyatlarımızı qorumaqla bunun qarşısını aldıq”.
Tekpınar deyib ki, Suriyada üçlü dövlətin olacağını düşünmür: “Buradakı proseslərdə mənim gördüyüm qədər Amerika, Türkiyə və Rusiyanın təsiri olacaq. Amma türkmənlərlə kürdlərin eyni coğrafiyada fərqli dövlətlərdə olacaqlarını düşünmürəm. Hesab edirəm ki, Türkiyə separatçılığa yol verməz”.
İsmail Tekpınar hesab edir ki, əslində Suriyada ortaq düşüncə ilə hökumət qurulmalıdır:
"Düşünürəm ki, idarəçilik baxımından hər qrupdan idarəedicilər olacaq. Çünki orada üç dövlət olsa, yenə vətəndaş müharibələri bitməyəcək. Suriya yenə Amerikanın istifadə etdiyi dövlət olacaq. Avropanın müxtəlif ölkələri oraya müdaxilə edəcək. Suriya bizim ölkə ilə sərhəd olduğu üçün, təbii ki, danışıqlar masasında Türkiyə olmalıdır və olacaq. Biz bunu artıq əməliyyatlar zamanı gördük".
Politoloq hesab edir ki, Suriya parçalanarsa, orada yeni bir türk dövlətinin yaranması mümkündür:
"Türkləri danışıqlar masasına gətirən, zatən qazanacaq.  Bundan əlavə, Türkiyə bu məsələdə ciddi dəstək verməsəydi, vəziyyət daha da pis olardı. Türkiyənin meydanda olması və sərhədlərini mühafizə etməsi oradakı türkmənlərin mövqeyini gücləndirdi".
Rəna Cumaqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Dekabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri