Icma.az
close
up
RU
Fidan və Lavrovun masasında hansı məsələlər var? Türkiyəli politoloqdan AÇIQLAMA

Fidan və Lavrovun masasında hansı məsələlər var? Türkiyəli politoloqdan AÇIQLAMA

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir. Görüşdə əsas diqqət Ukraynadakı münaqişənin həll yollarına, Suriyadakı vəziyyətə və ümumilikdə Yaxın Şərqdəki mövcud gərginliyə yönəlib. Tərəflər həmçinin Rusiya-Türkiyə ikitərəfli münasibətlərini müzakirə edirlər. Xüsusilə enerji, ticarət, müdafiə və turizm sahələrində əməkdaşlıq məsələləri gündəmdədir. Ankara və Moskva arasında qarşılıqlı ticarət həcminin artırılması, eləcə də enerji layihələrinin davam etdirilməsi əsas prioritetlər sırasında yer alır. Lavrovun Türkiyəyə səfəri çərçivəsində gələcəkdə iki ölkə arasında strateji əməkdaşlıq perspektivləri və digər beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsinin aparılması gözlənilir. 


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a bildirib ki, Rusiya xarici işlər naziri Lavrov Hakan Fidanla görüşmək üçün bu gün Ankaraya gələcək və daha sonra İrana gedəcək:


“Beş gün əvvəl Hakan Fidan və Lovrov Cənubi Afrikada görüşüb. İndi isə daha geniş şəkildə Suriya məsələsi, Ukrayna məsələsi və ən əsası İranın gələcəyini müzakirə etmək üçün bir araya gələcəklər. Dekabrın 8-də Əsədin gözlənilmədən Moskvaya getməsi Suriyada ciddi şok yaşatdı. Eyni zamanda Suriyada Rusiya ilə birlikdə İran da məğlub oldu. Halbuki Türkiyə əvvəldən İran və Rusiyadan Əsədlə Türkiyəni barışdırmağı tələb edirdi, hətta son vaxtlar Türkiyə Əsədlə həll yolu axtarırdı. Lakin İran və Rusiya buna müsbət baxmadı və nəticədə regionda hər iki ölkə uduzan, Türkiyə isə hələlik qalib tərəfdir. Digər tərəfdən Ukrayna ABŞ-nin müdaxiləsi ilə yetim uşaq kimi tərk edildi. Amerika və Rusiya xarici işlər nazirləri Səudiyyə Ərəbistanında görüşərkən Zelenski Türkiyəyə gəldi və Türkiyənin bu məsələdə mövqeyi açıq şəkildə ortaya çıxdı. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyacağını bəyan edib və bu Kiyev üçün mühüm dəstəkdir. İki xarici işlər nazirinin Səudiyyə Ərəbistanında baş tutacaq 4-5 saatlıq görüşü indi hamının müzakirəsindədir, gündəmdə təkcə Ukrayna deyil, həm də İranın gələcəkdə necə formalaşacağı, Rusiyanın İranı satıb-sata bilməyəcəyi gündəm mövzusudur. Eyni zamanda Lavrovun əvvəlcə Türkiyəyə gəlib, sonra İrana getməsi Ankarada təkcə Ukrayna və ya Suriyanın deyil, İran mövzusunun da gündəmdə olacağı anlamına gəlir. Türkiyənin İranla bağlı açıq və birmənalı mövqeyi Tehranın ərazi bütövlüyü şəklində özünü göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri