Ərdoğanın açıqlaması nəyə işarə edir? Türkiyəli politoloqdan AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi qərarların şayiələrə, müxalifətin və medianın mövqeyinə əsasən deyil, müəyyən edilmiş fəaliyyət planına uyğun qəbul edildiyi barədə açıqlaması diqqət çəkib. Ərdoğan bildirib ki, hakimiyyət öz planını səbr və qətiyyətlə həyata keçirəcək və siyasi və inzibati baxımdan zəruri addımlar atılacaq.
Bəs Ərdoğanın bu açıqlaması hansı siyasi proseslərə işarə edə bilər?
Redaktor.az-a danışan türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Ərdoğanın siyasi və inzibati qərarların gündəlik müzakirələr və ya ictimaiyyət arasında səsləndirilən iddialar əsasında deyil, əvvəlcədən müəyyən edilmiş plan çərçivəsində qəbul edildiyinə dair açıqlaması dövlət idarəçiliyində davamlılıq, siyasi iradə və strateji planlaşdırma baxımından qiymətləndirilməlidir:
"Bu açıqlama Türkiyənin siyasi və inzibati qərar qəbuletmə proseslərində müəyyən edilmiş hədəflərdən kənara çıxılmayacağına və idarəçilikdə təşəbbüsün qorunacağına dair mesaj kimi şərh oluna bilər. Eyni zamanda, dövlət siyasətinin qısamüddətli müzakirələrdən daha çox uzunmüddətli prioritetlər əsasında formalaşdırılmasının vacibliyinə vurğu kimi də qiymətləndirilə bilər. Türkiyənin yaxın coğrafiyasında davam edən təhlükəsizlik problemləri, iqtisadi proseslər və beynəlxalq sistemdə dəyişən güc balansı nəzərə alındıqda, siyasi sabitliyin və institusional proqnozlaşdırıla bilmənin qorunması daha da əhəmiyyət qazanır. Bu, Türkiyənin regional və qlobal əlaqələri ilə yanaşı, Azərbaycanla həyata keçirdiyi strateji əməkdaşlığın davamlılığı baxımından da mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, Ərdoğanın açıqlamasını konkret siyasi dəyişikliyin xəbərçisi kimi deyil, dövlət idarəçiliyində planlı fəaliyyət göstərmək, siyasi təşəbbüsü qorumaq və müəyyən edilmiş strateji hədəflər istiqamətində qətiyyətlə irəliləmək mesajı kimi qiymətləndirmək mümkündür".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 08 Oktyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















