Suriya ikinci Əfqanıstan olmayacaq Colani AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Suriya Əfqanıstana bənzəməyəcək.
“Report” xəbər verir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa bildirib.
“Suriya Əfqanıstan deyil və olmayacaq”, – Al Arabiya telekanalı onun sözlərindən sitat gətirib.
Əş-Şəraa hesab edir ki, bu iki ölkə “çox fərqlidir və fərqli ənənələrə malikdir”. O qeyd edib ki, “Suriya sakinləri fərqli mentalitetə malikdirlər”. Əş-Şəraa həmçinin qadınların təhsil almasına inandığını deyib.
Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Dekabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















