Icma.az
close
up
RU
Suriya Liderinin Azərbaycana səfəri: Yeni regional reallıqlar fonunda strateji tərəfdaşlıq ŞƏRH

Suriya Liderinin Azərbaycana səfəri: Yeni regional reallıqlar fonunda strateji tərəfdaşlıq ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 iyul, AZƏRTAC

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər, ilk növbədə, Azərbaycan-Suriya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Vətəndaş müharibəsindən çıxmaqda olan və yenidən qurulan Suriya bu gün yeni siyasi və sosial mərhələ yaşayır. Bu mərhələdə regionda yeni güc balansı formalaşır və Suriya burada öz yerini tapmağa çalışır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan son beş ildə regionda öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirərək, beynəlxalq münasibətlər sistemində yeni status qazanıb. Bu isə ölkəmizin həm regional, həm də qlobal miqyasda artan nüfuzunun göstəricisidir.

“2023-cü ildən etibarən Azərbaycanın xarici siyasətində yeni prioritetlər formalaşıb. Yaxın Şərq, Şimali Afrika və Körfəz ölkələri ilə münasibətlərin genişləndirilməsi bu strategiyanın əsas istiqamətlərindəndir. Bu geniş coğrafiyada Suriya açar ölkələrdən biri sayılır. Azərbaycan üçün Suriya ilə münasibətlərin sağlam və qarşılıqlı maraqlara əsaslanan şəkildə qurulması vacibdir. Tarix göstərir ki, keçmişdə, xüsusilə Bəşər Əsədin hakimiyyəti dövründə Suriya ərazisindən Azərbaycana qarşı yönəlmiş bəzi terrorçu elementlər fəaliyyət göstərib, eləcə də erməni lobbisinin təsiri ikitərəfli münasibətlərə mənfi təsir edib. Bu kimi risklərin gələcəkdə təkrarlanmaması üçün əməkdaşlıq açıq, praqmatik və davamlı şəkildə qurulmalıdır”, - deyə deputat vurğulayıb.

Hikmət Babaoğlu bildirib ki, Suriya, eyni zamanda, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə ən uzun quru sərhədə malik ölkələrdən biridir. Bu baxımdan regionda sabitliyin bərpası və iqtisadi-ticari əlaqələrin inkişafı baxımından Bakı-Dəməşq xəttində əməkdaşlığın gücləndirilməsi mühüm önəm daşıyır.

“Unutmayaq ki, Suriya, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni arealına daxil olan bir ölkədir. Hələbi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi kimi qəbul etməyimiz təsadüfi deyil. Orta əsrlərdə Suriya şəhərlərində Azərbaycan mənşəli alimlərin, sənətkarların, filosofların fəaliyyəti bu gün də elmi-mədəni əməkdaşlığın təməlini təşkil edir. Bu baxımdan bu gün baş verən yaxınlaşma həmin zəngin irsin yenidən canlandırılması üçün əhəmiyyətli fürsət yaradır”, – deyə Milli Məclisin deputat bildirib.

O əlavə edib ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanın Azərbaycana səfəri ölkəsinin yenidən qurulması prosesinə dəstək almaq məqsədi daşıyır: “Suriyada sabitliyin bərpa olunmağa başladığı mərhələdə iqtisadi əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın qaz, yaşıl enerji və digər sahələrdəki təcrübəsi Suriyaya faydalı ola bilər. Həmçinin yenidənqurma, insan resurslarının hazırlanması və mədəni əlaqələrin inkişafı istiqamətlərində də Azərbaycanın bu ölkəyə dəstəyi açıq şəkildə görünür. Elə bu səbəbdən iki ölkə liderlərinin görüşündə yalnız iqtisadi deyil, eyni zamanda, elmi, mədəni və humanitar məsələlər də müzakirə olunub”.

Sonda Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində oyun quran ölkələrdən biridir. Suriyanın Azərbaycana olan marağı da bu statusun təsdiqidir. Bu baxımdan Suriyanın keçid dövrü Prezidentinin ölkəmizə səfəri həm simvolik, həm də praktiki əhəmiyyəti baxımından tarixi hadisə kimi dəyərləndirilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri