Suriya və Kiprdən SAZİŞ
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriya və Kipr 2028-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılan "Ebla" sualtı kabelinin çəkilməsi barədə saziş imzalayıblar.
Bakıvaxtı.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, layihə Suriyanın beynəlxalq rabitə kanallarının modernləşdirilməsi və kommunikasiya marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır.
Saziş Suriya Rabitə Şirkəti, Kiprin sualtı kabel idarəsi (Cyta) və ABŞ-nin "UNIFI Communications Inc." şirkəti arasında imzalanıb.
Yeni kabel Tartus şəhərini Kiprdə yerləşən TATCYNOS sualtı kabel stansiyası ilə birləşdirəcək. Kabel 24 cüt optik lifdən ibarət olacaq. Bu, istifadəyə verildiyi vaxt saniyədə 31 terabit (Tbit/s) ilkin ötürmə qabiliyyətini təmin edəcək. Sonradan bu göstəricinin 370 Tbit/s-ə qədər artırılması mümkün olacaq.
Layihənin 2028-ci ilin əvvəlində istifadəyə verilməsi və Suriyaya Cyta şəbəkələri vasitəsilə Avropa və qlobal şəbəkələrə birbaşa bağlantı təmin etməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Sentyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















