Suriyada ara qarışdı: din xadimi çağırış etdi, Əsəd tərəfdarları ayağa qalxdı Ölən və yaralananlar var
Icma.az bildirir, Mia.az portalına istinadən.
Suriyada devrilmiş BƏƏS rejiminə yaxınlığı ilə tanınan və xaricdə yaşayan nüfuzlu Şeyxlərdən Gazal Gazalın Əhməd Şara hökumətinə qarşı çağırışından sonra minlərlə suriyakı bir çox şəhərərdə ayağa qalxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Şeyx çağırşında ölkənin bölünmə tələbini də irəli sürüb.
O, ölkənin dini, etik xətlər üzrə federasiya dövlətinə çevrilməsini mütləq həll yolu sayıb.
Şeyx Gazal
Məlumata görə, bu çağırşdan sonra Latakiya, Tartus, Homs və Hama şəhərlərində əsasən şiaə kökənli minlərlə iinsan küçələrə axışıblar: "Qısa zamana onlarla təhlükəsizlik qüvvələri arasında toqquşma başlayıb. Nümayişçilər qumbara, daş, ağaclarla hərbçilərə hücum ediblər. Nəticədə qarşıdurma daha da böyüyüb. Və ilkin məlumata görə, toqquşmalarda 3 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Hadisələrdən sonra bölgəyə ordu bölmələri yerləşdirilib".
Latakiya Daxili Təhlükəsizlik Komandanı, generalı Əbdüləziz əl-Əhməd bildirib ki, devrilmiş Suriya lideri Bəşər Əsəd rejiminin tərəfdarlarının nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə hücum olub: "Təhlükəsizlik qüvvələrimiz devrilmiş rejimin qalıqları ilə əlaqəli terrorçu qrupların hücumlarına məruz qalıb. Bu hücumlar nəticəsində çoxsaylı təhlükəsizlik işçiləri yaralanıb, təhlükəsizlik qüvvələrinə və xüsusi əməliyyat bölmələrinə məxsus nəqliyyat vasitələrinə böyük zərər vurulub..."
Suriya Müdafiə Nazirliyi isə "qanunsuz qruplar"ın artan hücumlarının qarşısını almaq üçün toqquşma bölgələrinə əlavə qüvvə göndərildiyini bəyan edib.
Suriya Daxili İşlər Nazirliyi isə ara qarışdıran, təhlükəsizlik qüvvələrinə hücum edənlərin müəyyən olunaraq məsuliyyətə cəlb olunacaqlarını açıqlayıb.
Tahir Şəlvəli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 29 Dekabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















