Suriyada gərginlik Əsəd tərəfdarları hücuma keçdi
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Suriyadakı keçmiş rejimin silahlı üzvləri Dəməşq əyalətinin Cdeidet əl-Fadl kəndinin kənarında Baş Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, toqquşma nəticəsində yaralananlar var.
“Dəməşq əyalətinin Cdeidet əl-Fadl kəndinin kənarında keçmiş rejimin qalıqları Baş Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edərək nəzarət-buraxılış məntəqəsini idarə edən qüvvələrə atəş açıblar, nəticədə onun iki üzvü yaralanıb”, - agentliyin açıqlamasında bildirilir .
Dəməşq vilayətinin təhlükəsizlik rəsmisi polkovnik-leytenant Hussam Əl-Tahhan bildirib ki, insidentdən sonra Suriya qüvvələri insidentdə iştirak edənləri təqib etmək üçün əlavə qüvvələr yerləşdirib. Onun sözlərinə görə, yaraqlılar tutulmalı və məhkəmə qarşısına çıxarılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 27 Fevral 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















