Icma.az
close
up
RU
Suriyada əsas itirən tərəf Tehran oldu

Suriyada əsas itirən tərəf Tehran oldu

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Suriyada Əsədə rejimin çökməsi ilə Suriya xalqı üçün yeni bir dövr başlayır. Əsəd rejiminin süqut etməsi ilə ölkədə geniş miqyaslı dəyişikliklər baş verir. Bu açıqlama silahlı qruplaşmaların Dəməşqi nəzarətə götürməsi və hökumət qüvvələrinin geri çəkilməsi fonunda gəldi.

Suriya xalqı üçün bu hadisələr ölkədə 61 illik avtoritar idarəetmənin sona çatdığını və demokratik bir gələcəyə doğru ümidlərin artdığını göstərir. Ekspertlər hesab edir ki, bu dəyişikliklər Suriyada həm daxili, həm də beynəlxalq səviyyədə ciddi təsirlər yaradacaq.

Bəs ölkədəki Rusiya hərbi bazalarının taleyi necə olacaq?

Modern.az mövzu ilə bağlı türkiyəli təhlükəsizlik eksperti Ali Burak Darıcılı ilə həmsöhbət olub.

HTŞ Şama girdikdən sonra İsrail ordusu Suriyada ağır hava hücumları həyata keçirdi:

“Bunun səbəbi Suriyanın hərbi təchizatlarını, hərbi hissələrini məhv etmək, yeni hakimiyyətə Suriyanın hərbi gücünü tamamilə yaxud böyük ölçüdə dağıdılmış olaraq vermək məqsədi idi. Buna böyük əhəmiyyətli dərəcədə də nail oldular. Oradakı hərbi təchizatın terrorçu qruplaşmaların əlinə keçməsi riski hər zaman mövcuddur. Bəzi silahların radikal qrupların əlinə keçmədiyini tam əminliklə deyə bilmərik. Biz bunun bir nümunəsini Əfqanıstanda yaşamışıq. Sovet işğalı zamanı Əfqan mücahidlərin ABŞ tərəfindən verilən FIM-92 Stinger raketləri var idi. Daha sonra həmin raketlərlə Əl-Qaidə tərəfindən qərbdə mülki təyyarələrə hücumlar həyata keçirildi. Amerikalılar bundan sonra həmin silahları toplamağa məcbur oldular. Suriyadakı bazalarda olan silahlar da hansısa yolla radikal qrupların əlinə keçsə və hücum həyata keçiriləcək ölkəyə soxulsa bu böyük problem olaraq qarşımıza çıxa bilər. Hökumət bu ehtimalı minimuma endirməyə çalışdı, böyük ölçüdə də bacardı. Amma tamamilə bacardığını demək çox iddialı olar, bunu iddia edə bilmərik”.

Ekspert bildirib ki, Rusiyanın Suriyada bir hava və bir dəniz bazasında hərbi qüvvəsi mövcuddur:

“Mediada Suriyanın içərilərində olan qüvvələrin Türkiyənin qarant rol oynaması ilə çəkildiyi bildirilir. Rusiyanın yeni hökumətdən tələbi həmin hərbi bazaların statusunun rəsmiləşdirilməsidir. Amma ABŞ buna mane olmağa çalışacaq. İran üçün isə vəziyyət daha da acınacaqlıdır. Tehran HTŞ-nin irəliləyişində itirən tərəfdir. Suriyada nüfuzunu itirdi, qüvvələrini geriyə çəkməyə məcbur oldu. Bunun İran üçün bir təsiri də Livandakı Hizbullah qüvvələri cəhətdən olacaq. Həmin qüvvələrin loistikası və silah yardımları demək olar ki, tamamilə Suriya üzərindən Livana çatdırılırdı. İndi Livana da bu yardımlar getməyəcək, dolayısıyla Livan Hizbullahı da gələcək zamanda çox çətin vəziyyətdə qalacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see359

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see264

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see258

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see234

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see226

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see219

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see216

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see178

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see178

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see176

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see166

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see165

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see163

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see161

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see160

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see159

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see157

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see156

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see152

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri