Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

“Xüsusi qayğıya ehtiyacı olan hər bir övlad bu ölkənin sərvətidir” Adəm İsmayıl Bakuvi

“Xüsusi qayğıya ehtiyacı olan hər bir övlad bu ölkənin sərvətidir” Adəm İsmayıl Bakuvi

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Hər bir cəmiyyətin gücü onun ən həssas üzvlərinə göstərdiyi qayğı ilə ölçülür. Əlilliyi olan uşaqlar – autizmli balalar, eşitmə məhdudiyyətli övladlar – bizim gələcəyimizin bir parçası, humanist dəyərlərimizin ən aydın göstəriciləridir. Onlara diqqət və sevgi göstərmək təkcə sosial öhdəlik deyil, hər birimizin mənəvi borcu, insanlıq missiyasıdır.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Beynəlxalq Əlilliyi olan Şəxslər Günü çərçivəsində keçirdiyi görüşlərdə xüsusi vurğulayıb. Partiya sədri və təmsilçiləri əvvəlcə “Orvita” Autizm Evində reabilitasiya alan autizmli uşaqlarla görüşüblər. Mərkəzin rəhbəri Ramidə Oktayqızı uşaqların reabilitasiya prosesləri, xüsusi təhsil proqramları, yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəlmiş dərslər haqqında məlumat verib. Qeyd edib ki, autizm spektrlı uşaqlarda idmanyönümlü bacarıqların formalaşdırılması onlara müsbət təsir göstərir.

Sədr Adəm İsmayıl Bakuvi qeyd edib ki, bu uşaqların dünyası başqa bir dərinlik, başqa bir rəng daşıyır və bu rəngləri görmək, onların potensialını üzə çıxarmaq üçün cəmiyyət daha çox məsuliyyət, daha çox anlayış nümayiş etdirməlidir: “Onların əlindən tutduğumuzda güclənirik. Xüsusi qayğıya ehtiyacı olan hər bir övlad bu ölkənin sərvətidir və onların rahatlığı, təhsili, inkişafı üçün çalışmaq yalnız dövlətin deyil, bütün cəmiyyətin borcudur”.

Partiya sədri Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət dəstəyinin son illər daha da gücləndirildiyini bildirib. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət bu uşaqların təhsilə, sağlamlıq xidmətlərinə və sosial müdafiəyə bərabər çıxışını təmin edən xüsusi proqramlar həyata keçirir.

Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xüsusi diqqət yetirdiyi vurğulanıb. Fond tərəfindən Daun, autizm, talassemiya, əqli və fiziki qüsurlu, müxtəlif xəstəlikləri olan uşaqlar üçün müalicə və reabilitasiya mərkəzləri yaradılıb. Mehriban xanım və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva uşaqlara baş çəkir, onların inkişafına dəstək göstərir, əlamətdar günlərdə və bayramlarda onlarla birgə olur, istedadlarını üzə çıxarmağa kömək edirlər.

Ziyarətdə Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ilə yanaşı, yazıçı-publisist Varis Yolçuyev, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin koordinatoru Qəmər Əliyarova və Vəhdət Partiyasının rəsmi nümayəndəsi Natavan Arifqızı da iştirak ediblər. Görüş zamanı autizmli uşaqların sosial inteqrasiyası, təhsil və reabilitasiya imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, qonaqlar  mərkəzdə reabilitasiya alan uşaqların gündəlik məşğələləri, inkişaf proqramları və psixoloji dəstək modelləri ilə yaxından tanış olub. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Daha sonra Vəhdət Partiyasının qərargahında Azərbaycan Karlar Cəmiyyətinin üzvləri ilə görüş keçirilib. Sinxron tərcüməçinin köməyi ilə keçirilən görüşdə cəmiyyətin sədri Bəhram Hüseynov və üzvləri göstərilən diqqətə görə təşəkkürlərini çatdırıblar. Eşitmə məhdudiyyəti olan qonaqlar öz gündəlik çətinlikləri, əlçatanlıq, informasiya bərabərliyi və məşğulluq imkanları ilə bağlı problemləri qaldırıblar.  

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında qeyd edib ki, yeni nəslin sağlam və hərtərəfli inkişafı dövlətin prioritet vəzifələrindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaq hüquqlarının qorunması, sağlamlığı, təhsili və layiqli vətəndaş kimi inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirilməkdədir. Partiya sədri bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması və təhsil imkanlarının genişləndirilməsi məqsədilə həmçinin Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı layihələr həyata keçirilir. Fondun prezidenti Mehriban Əliyeva və onun qızları Leyla Əliyeva və Arzu Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi olaraq görüşür, onların təhsil səviyyəsinin yüksəldilməsi və gündəlik ehtiyaclarının təmin olunmasına xüsusi diqqət yetirirlər.

Partiyanın sədri Adəm İsmayıl Bakuvi görüşdə qaldırılan məsələlərin hər birini dinləyərək birgə sosial layihələrin hazırlanacağını qeyd edib: “Bizim üçün  hər biriniz əvəzsizsiniz. Biz bir yerdə olanda güclüyük, bir yerdə olanda cəmiyyət daha bütöv olur.  Bu gün keçirdiyimiz görüşlər bir daha göstərdi ki, cəmiyyətin ən incə nöqtəsinə toxunmaq, onların yanında olmaq, onlarla birgə addımlamaq həm mənəvi borcumuzdur, həm də daha ədalətli və birləşdirici gələcəyə yönəlmiş çağırışdır”.

Sədr bildirib ki, Vəhdət Partiyası bundan sonra da həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, inklüziv cəmiyyətin qurulması və bərabər imkanların təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see495

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see332

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see190

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see142

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri