Icma.az
close
up
RU
DEPUTAT PAŞAZADƏDƏN NÖVBƏTİ “ŞEDEVR” Yaxud Şeyx və qardaşı hansı dövləti qurub?

DEPUTAT PAŞAZADƏDƏN NÖVBƏTİ “ŞEDEVR” Yaxud Şeyx və qardaşı hansı dövləti qurub?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, “dördqat millət vəkili” Cavanşir Paşazadə son müsahibəsində Ramiz Mehdiyevlə heç bir əlaqəsinin olmadığını, onunla heç zaman görüşmədiyini deyib. Qardaşı Şeyxülislamınsa Mehdiyevlə yalnız “dövlətlə bağlı məsələlərdə” münasibətinin ola biləcəyini iddia edib.

Əlbəttə, indi belə adamların Mehdiyevin adı gələndə “yaxa silkələməsi”, “dəvə gördünmü, heç izini də görmədim” mövqeyində durması və bununla da “təhlükəli mövzular”dan yayınması təbiidir. Zatən bu vəzifələrə, mandatlara, var dövlətə də “zamanla ayaqlaşmağı bacardıqları” üçün yiyələniblər. Odur ki, bu baxımdan C.Paşazadənin Mehdiyevlə bağlı dediklərində qeyri-adi nəsə yoxdur və Mehdiyev də o halda deyil ki, məsələn, Şeyxlə, onun keçmişi və indisi ilə əlaqəli nəyisə təsdiq, yaxud təkzib etsin…

Ancaq C.Paşazadənin həmin açıqlamasında daha çox sual, hətta qıcıq doğuran başqa bir məqam var. Paşazadə özünün və Şeyxülislamın malik olduğu bizneslərlə bağlı verilən suala belə cavab verib: “Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar”.

Bilmək olmur, 4 dəfə deputat edilən, buna baxmayaraq, hələ də zəhmət çəkib Azərbaycan dili və qrammatikasını ortadan aşağı səviyyədə olsa belə məninmsəməyən, 3 cümləlik “facebook” paylaşımında 33 səhvə yol verən, “Prezident” sözünü “prizident”, “Azərbaycan” sözünü “Azarbaycan”, “müraciət” sözünü “müraciyyət” yazan bu adam yuxarıda qeyd etdiyimiz cavabı ilə kimi “dolayır”? Yəni, onun fikrincə, cəmiyyət, mətbuat bu qədərmi kor və bisavaddır?

Birincisi, bilmək olmur, “bu boyda dövlət qurmuşuq” deyəndə kimi nəzərdə tutur – özünü və Şeyximi? Sual ona və qardaşına aid olduğundan belə nəticə çıxarmaq olar ki, belə də var. Paşazadalərin nə vaxt və hansı dövləti qurduqlarını deyə bilmərik, amma dövlətimizin imkanlarından, resurslarından gen-bol bəhrələndiklərini rahat deyə bilərik. Onu da deyə biərik ki, məsələn, Mehdiyevin vaxtilə tutduğu vəzifə kimi, Azərbaycanda Şeyxülislam təyinatının da Moskvanın “himayəsi və nəzarəti altında” həyata keçirildiyi heç kimə sirr deyil…

C.Paşazadənin “Hansı bizneslə məşğul ola bilərik ki?” fikrinə gəlincə, türklərin yaxşı bir atalar sözü var: “İmanın və paranın kimdə olduğu bəlli olmaz”. Şeyxin və qardaşının imanına bir şey deyə bilmərik, çünki imanı gözlə görmək mümkün deyil və indiyə qədər Şeyxülislamın nə dərəcədə səmimi və Allaha yaxın bir din xadimi olduğu barədə çox suallar, çox müzakirələr olub. Ona görə də Azərbaycanda imanı deyə bilmərik, amma paranın kimlərdə olduğunu hamı görür və bilir. Hamı bilir ki, bu qəbildən olan adamlar “süddən çıxan qaşıqdırlar”, öz adlarına heç nə yoxdur, “maaş və məvaciblə dolanırlar”, əvəzində mütləq övladları, qohum-əqrəbaları Azərbaycanda və ondan kənarda böyük biznes və mal-mülk sahibləridir.

Daxildəki və xaricdəki biznesləri, bank hesablarını, villaları, mehmanxanaları, restoranları və s. qoyaq bir tərəfə. Təkcə Şeyxülislamın və qardaşının yaşadıqları malikanələrin dəyəri milyonlara sığmır. Bunlar deputat maaşı, din xadimi məvacibi iləmi ərsəyə gəlib?

Nəhayət, “Belə bir şey olsa, dövlət buna əsla göz yummaz” deməklə C.Paşazadə camaatı lap ələ salıb. Bəzilərinin layiq olmadıqları halda 4-5 dəfə deputat olması, deputat ola-ola özünün səs verdiyi qanunları tapdalaması, camaatın dərdi və birbaşa vəzifəsilə yox, öz biznesilə, mal-mülkü ilə məşğul olması, varlandıqca varlanması da elə bu “göz yumulması”nın nəticəsi deyilmi?...

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri