Icma.az
close
up
RU
Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Suriyanın cənub bölgəsində fəaliyyət göstərən silahlı qruplar Suriya hökumət qüvvələrinə silahlarını təhvil verməyə razılıq veriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.

Suriya təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlı dəstələri ölkənin cənubunda yerləşən Dəraa vilayətində keçid hökumətinə tabe olmayan silahlı qruplaşmaların dayağı hesab edilən dörd bölgəyə nəzarəti bərpa edib. Mseyfara, Sayda, əl-Ciza və əs-Sahva qəsəbələrində yerli qəbilə şeyxləri ilə əldə edilən razılaşmadan sonra silahlı dəstələr hökumətə silahlarını təhvil veriblər.

Məlumatda həmçinin qeyd edilir ki, bir neçə gün öncə silahlı toqquşmaların və komendant saatının tətbiq edildiyi Bəsra-əş-Şam şəhərində də asayiş təmin olunub. Dəraa vilayətinin qubernatoru Ənvər əz-Zuubi bildirib ki, qarşıdurmaları törədən şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriləcək.

Qeyd edək ki, aprelin 8-də Dəraa əyalətinin Yədudiyyə qəsəbəsində naməlum şəxslər tərəfindən keçmiş “Suriya Azadlıq Ordusu” komandiri Məhəmməd Xalid əl-Xatib öldürülüb. O, 2018-ci ildə yaradılan və bölgədə təhlükəsizliyə nəzarət edən hərbi komitənin üzvü olub.

Son günlər cənub bölgələrində silahlı qruplar arasında baş verən toqquşmalar nəticəsində azı 15 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri