Suriyada vəziyyət dəyişib, ABŞ ordusunu çıxarsa... Fidan
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ hərbi qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi Prezident Donald Trampın administrasiyası üçün prioritet deyil.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Trampın prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-ın Suriyada hərbi mövcudluğunu saxlamağın müdrikliyini şübhə altına almağa başlayıb. Bundan əlavə, əvvəllər Suriyada İran, Rusiya və Bəşər Əsəd rejimi kimi amillər var idisə, indi vəziyyət dəyişib. Əgər ABŞ qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək”, - Fidan bildirib.
İsrailin Suriya ərazisində olması məsələsinə toxunan diplomat qeyd edib ki, rəsmi Dəməşq beynəlxalq ictimaiyyətlə birlikdə İsrail qoşunlarının gələcəkdə Suriya ərazisindən çıxarılması ilə bağlı qərar verəcək.
Baxış sayı:122
Bu xəbər 21 Mart 2025 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















