Icma.az
close
up
RU
Suriyada yeni hücum riski: İsrailin ərazi siyasəti və hərbi aktivliyi

Suriyada yeni hücum riski: İsrailin ərazi siyasəti və hərbi aktivliyi

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Gecə boyu İsrail ordusu Suriyaya zərbələr endirib. İsrail rəsmilərini bildirib ki,biz (İsrail) narahatıq ki, Əsədin devrilməsi bizə qarşı hücumlar həyata keçirmək istəyən müxalifətə güc verəcək.

Qeyd edək ki, Suriyanın cənubundakı Qolan istiqamətindəki Hader, İsrail Müdafiə Qüvvələrinin əlinə keçib. Bu, İsrail qüvvələrinin Qolan sərhədindən kənarda ələ keçirdiyi ilk şəhərdir.

Bu barədə Moderator.az-a danışan politoloq Kazım Kazımov deyib ki, İsrail ordu Suriyada gedən proseslərdən narahatdır, çünki Suriya müxalifətinin  də  Əsəd rejimi qədər İsrailə münasibəti sərtdir:

“1967- ci ildən  bu yana Qolan təpələri üzərində İsrail və Suriya arasında münasibətlər düşmən səviyyəsindədir. Suriya müxalifətinin liderlərinin, xüsusən Golan təpələrinə dair sərt bəyanatları, İsrailin bu əraziləri işğal etdiyi və həmin torpaqları geri alacağına dair vurğuladıqları sözləri, vəziyyətin daha da gərginləşməsinə səbəb olub. İsrailin Suriyada yerləşən müxalif qruplarla bağlı narahatlıqları, xüsusilə dini təmayüllü qrupların artan təsiri ilə bağlıdır. İsrailin bu qrupların bölgədəki təhdidlərini dəf etmək məqsədilə, əraziyə müdaxiləsini gücləndirdiyi görünür.

İsrailin Suriyada həyata keçirdiyi hərbi fəaliyyətlər, yalnız müxalifətin deyil, həm də Livan və Qəzza cəbhələrindəki aktivliyin artması ilə əlaqəlidir. Bu vəziyyət, İsrailin yeni hücumlardan çəkinməsinə və Suriya ilə olan sərhədlərini qorumağa çalışmasına səbəb olur. Həmçinin, İsrailin Suriya ilə sərhəddəki tampon bölgələrə dair hədəflərini həyata keçirməsi, hərbi instinktlərlə alınmış bir qərar kimi dəyərləndirilir”.

Politoloq hesab edir ki,  Türkiyə və İsrail arasında Suriya ərazisinin bölünməsi və ya daha geniş ərazi iddialarının ortaya çıxması ehtimalı çox azdır:

 “Çünki, Suriyanın torpaq bütövlüyü, xüsusilə Türkiyə tərəfindən dəstəklənir. Türkiyə, Suriya münaqişələrində hər zaman ölkənin suverenliyini və torpaq bütövlüyünü müdafiə etmişdir. Türkiyə, həm də Suriyada öz maraqlarını qoruyarkən, Suriya ərazisinin bölgələrə ayrılmasına qarşıdır və bu məsələdə Suriyanın siyasi bütövlüyünü ön planda tutmaqdadır. İsrailin bu bölgədə daha geniş ərazi alacağına dair bir düşüncə də qeyri-real görünür. Çünki İsrail, hal-hazırda yalnız Livan və Qəzza cəbhələrində aktiv müharibələr aparır və bu, onun Suriyada yeni ərazilər ələ keçirmək niyyətində olmadığını göstərir. İsrailin daha çox qoruma və müdafiə məqsədli əməliyyatlar həyata keçirməsi, onun hələ də bölgedəki digər münaqişələrlə məşğul olmasının bir nəticəsidir. İsrailin Suriyada həyata keçirdiyi əməliyyatlar, ərazi genişləndirməkdən çox, mövcud təhlükələri qarşısını almaq və müxalifətə qarşı effektiv müdafiə tədbirləri görmək məqsədini güdür”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri